Bahadur Atabala oğlu Əliyev (24 fevral 1933, Sığıncaq, Masallı rayonu – 16 sentyabr 2002, Sumqayıt) — Azərbaycan aktyoru.
Bahadur Əliyev | |
---|---|
Bahadur Atabala oğlu Əliyev | |
![]() | |
Doğum tarixi | 24 fevral 1933(1933-02-24) |
Doğum yeri | Sığıncaq, Masallı rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 16 sentyabr 2002(2002-09-16) (69 yaşında) |
Vəfat yeri | Sumqayıt, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | aktyor |
IMDb | ID1125109 |
Bahadur Əliyev 24 fevral 1933-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. 1956-cı ildə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirib. 1957–1959-cu illərdə "Kölgələr sürünür", "Bir məhəllədən iki nəfər", "Onun böyük ürəyi" və "Onu bağışlamaq olarmı?" filmlərində kiçikplanlı rollarda çəkilib. "Mozalan" satirik kinojurnalının bir çox bədii süjetlərində rol alıb. 2002-ci il sentyabrın 16-da günorta radələrində Sumqayıt şəhərində yolda ürək çatışmazlığından infarkt keçirərək vəfat etmişdir.[1]