. Love.az

Bahar Agalarova - Wikipedia - Love.az

Ana Səhifə - Bahar Agalarova
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur.
Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. (fevral 2023)

Ağalarova Bahar Əmirəli qızı (1884, Varvara, Yelizavetpol qəzası – 16 fevral 1953, Bakı) — Azərbaycan SSR əməkdar müəllimi (1942).

Bahar Ağalarova
SSRİ Ali Sovetinin 3-cü çağırış deputatı
1950 – 1954
Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatı
1947 – 1950
Şəxsi məlumatlar
Doğum tarixi 1884
Doğum yeri
  • Varvara, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 16 fevral 1953(1953-02-16)
Vəfat yeri
  • Bakı, Bakı vilayəti, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti pedaqoq

Təltifləri "Şərəf nişanı" ordeni "Əmək igidliyinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı

Həyatı

redaktə

Ağalarova Bahar Əmralı qızı 1884-cü ildə Varvara kəndində anadan olmuşdur. 1910-cu ildə Bakıda müsəlman qızlar üçün açılmış Qızlar gimnaziyasını bitirmişdir. Sovet müəllimi, tərbiyəçi, 1942-ci ildə Azərbaycanda ilk uşaq evinin təşkilatçısıdır.

SSRİ Ali Sovetinin 3-cü çağırış (1950—1954)[1][2] və Azərbaycan SSR Ali Sovetinin II çağırış (1947—1950) deputatı olmuş, "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.

16 fevral 1953-cü ildə Bakı şəhərində vəfat etmişdir[3].

Yusif Əzimzadənin "Anacan" pyesi onun fəaliyyətindən bəhs edir.

İstinadlar

redaktə
  1. ↑ "Депутаты Верховного Совета СССР III-го созыва 1950 - 1954". Справочник по истории Коммунистической партии и Советского Союза 1898 - 1991 (rus). 2013-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-20.
  2. ↑ "Красное знамя. №55 17 марта 1950" (PDF). Научная библиотека Томского государственного университета (rus). 2023-11-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-20.
  3. ↑ "Ağalarova Bahar Əmirəli qızı". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-01.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bahar_Ağalarova&oldid=7762035"
LOVE.AZ