. Love.az

Baharbend - Wikipedia - Love.az

Ana Səhifə - Baharbend

Baharbənd — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Mündəricat

  • 1 Ümumi məlumat
  • 2 Oyunun qaydaları
  • 3 Mənbə
  • 4 Xarici keçidlər
  • 5 Həmçinin bax

Ümumi məlumat

redaktə

Baharbənd geniş yayılmış milli atüstü oyunlardan biridir. Əsasən Novruz şənliklərində keçirilən bu oyunda el igidləri öz şücaətlərini nümayiş etdirirlər.

Oyunun qaydaları

redaktə

Oyunçu atı yorğa və yaxud çaparaq sürür, atın çaparağında çuxasını, arxalığını, çarıqlarını, kəmər və xəncərini bir-bir çıxarıb yerə atır. Müəyyən məsafədən sonra atı cəld geri döndərib yenə həmin getdiyi yolu qayıdır. Atın cilovunu yığmadan növbə ilə atdığı əşyaları yerdən qaldırıb geyiləni geyir, bağlananı bağlayır. Bu əməliyyatı tez yerinə yetirən atlı qalib sayılır. Oyun daha çox bahar fəslində Qarabağda meşə ilə əhatə olunmuş "bənd" adlı dağətəyi düzənlikdə keçirilib. Deyilənə görə, bəndlərdə at çapmaq çətin və təhlükəli imiş, bu da mahir at sürənlərin meydana çıxmasına kömək edirmiş.

Mənbə

redaktə
  • Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.40.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Baharbənd&oldid=7501341"
LOVE.AZ