. Love.az

Baki Tbilisi Demiryolu - Wikipedia - Love.az

Ana Səhifə - Baki Tbilisi Demiryolu

Bakı-Tbilisi dəmiryolu — Bakı ilə Tbilisi arasında 1881-ci ildə salınmışdır. Bu dəmiryolunu həm yük, həm də sərnişin qatarları üçün istifadə edirlər.

Dəmiryolu xətti
Bakı-Tbilisi dəmiryolu
Bakı-Tbilisi dəmiryolu
Bakı-Tbilisi dəmiryolu
Ölkələr
  •  Azərbaycan
  •  Gürcüstan
Şəhərlər
  • Bakı
  • Tbilisi
Uzunluğu 580 km
Başlayır Bakı
Bitir Tbilisi
İstismara verilib 1881-ci il
Təkər oxu 1520 (Azərbaycan, Gürcüstan)
Şpalları beton
Sürət 80 km/saat
Vəziyyəti Tam işlək

Mündəricat

  • 1 Tarixi
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

İki dənizi – Xəzəri və Qara dənizi birləşdirən Bakı-Tiflis dəmir yolu açılandan sonra Bakı neft sənayesinin məhsullarını Mərkəzi Rusiya və dünya bazarlarına kütləvi surətdə çıxarmaq mümkün oldu. Azərbaycanın iqtisadi həyatının yeni meyillərini diqqətlə izləyən görkəmli marifçi-demokrat Həsən bər Zərdabi Bakı-Tiflis dəmir yolunun çəkilməsini Azərbaycanın iqtisadiyyatına neft sənayesindən sonra güclü təsir göstərən ikinci ən mühüm amil hesab edirdi.[1]

XIX əsrin axırlarına yaxın Zaqafqaziya dəmir yolunun ümumi axınında Bakı-tbilisi xəttinin payı 98% təşkil edirdi. Xətdə ən intesiv iş Bakı stansiyasında görülürdü. Təkcə 1890-cı ildə buradan qərb istiqamətində 55,2 milyon pud yük daşınmışdı, Bakı-Tiflis xəttinin yerdə qalan stansiyalarından isə cəmi 20,86 milyon pud yük yola salınmışdı.[1]

Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb.[2]

Həmçinin bax

redaktə
  • Bakı-Tbilisi-Qars dəmiryolu xətti
  • “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

İstinadlar

redaktə
  1. ↑ 1 2 Azərbaycan tarixi. Ali məktəblər üçün mühazirələr kursu. II hissə (XIX–XXI əsrin əvvəli), Bakı: "Bakı Universiteti", 2010. səh.127
  2. ↑ "Bakı-Tbilisi qatarının hərəkəti bərpa oluna bilər". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-10.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bakı–Tbilisi_dəmiryolu&oldid=7647713"
LOVE.AZ