. Love.az

Baki Texnika Komitesi - Wikipedia - Love.az

Ana Səhifə - Baki Texnika Komitesi

Bakı texnika komitəsi — Neft emalı sənayesinə dair statistika məlumatlarının hazırlanması, neft məhsullarının keyfiyyətinin yoxlanması zamanı qarşıya çıxan mübahisəli məsələlərin həlli ilə məşğul olan orqan.[1]

Mündəricat

  • 1 Yaradılması və faəliyyəti
  • 2 Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyəti
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Yaradılması və faəliyyəti

redaktə

Əsası 1887-ci il martın 20-də qoyulmuşdu. Maliyyə nazirliyinin təsdiqlədiyi qaydalara əsasən, neft məhsullarının keyfiyyətinin yoxlanmasına və ixracına nəzarət üçün Bakı brakeraj komitəsi yaradılmışdı. Bakı Xəzinə Palatası müdirinin sədrlik etdiyi həmin komitəyə dövlət əmlak nazirliyinin nümayəndəsi, böyük brakçı (zay məhsulları çıxdaş edən işçi) və yerli sənayeçilərin 3 nümayəndəsi daxil idi. 1891-ci il iyunun 11-də Bakı brakeraj komitəsi BTK-yə çevrildi. Ticarət, sənaye və ərzaq nazirliyi nəzdində olan komitə sədr, texnik, laborant və katibdən ibarət idi. Mədən nəzarəti idarəsinin və aksiz rüsumları idarəsinin nümayəndələri üzv hüququnda komitəyə daxil idilər. Komitənin vəzifələrinə işıqlandırıcı mineral yağların sınaqdan keçirilməsi şərtlərinin, neft məhsullarının yoxlanılması və analizi qaydalarının müəyyən edilməsi, mineral yağların yoxlanmasında texniklərlə neft sənayeçiləri arasında yaranan mübahisələrin müzakirəsi, ixrac edilən neft məhsullarının miqdarı, istehsalın həcmi haqqında statistika məlumatlarının hazırlanması və digər məsələlər daxil idi. BTK 1918-ci il mayın 13-də Bakı Xalq Komissarları Sovetinin qərarı ilə ləğv olunmuşdu.[1]

Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyəti

redaktə

Azərbaycan Xalq Cümhuriyyətii qurulduqdan sonra komitə bərpa olundu və yenidən öz vəzifələrinin icrasına başladı. Neftin tərkibinin yoxlanması, onda kənar qarışıqların olub-olmamasının müəyyən edilməsi, yeni - aksiz rüsumundan azad olan neft emalı məhsullarının və tullantılarının yoxlanılması BTK-nin əsas vəzifələrindən idi. BTK öz fəaliyyətini Aprel işğalından (1920) sonra da davam etdirmişdir.[1]

Həmçinin bax

redaktə
  • Bakı Gömrükxanası
  • Balıq sənaye idarəsi
  • Bakı quberniyasının neft rüsumları üzrə aksiz idarəsi

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası I cild, Bakı, “Lider Nəşriyyat”, 2004, s. 260
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bakı_Texnika_Komitəsi&oldid=5887124"
LOVE.AZ