. Love.az

Baki Trolleybusu - Wikipedia - Love.az

Ana Səhifə - Baki Trolleybusu

Bakı trolleybusu — Bakı şəhərində mövcud olmuş elektrikli ictimai nəqliyyat. Trolleybus ilk dəfə 1941-ci ildə istifadəyə verilmişdir. Xətlərin maksimal uzunluğu 300 km idi. 2004-ci ildə isə tamamən ləğv edilmişdir.

Mündəricat

  • 1 Tarixi
  • 2 Arsenalı
    • 2.1 BTL-62
  • 3 Xidmət trolleybusu NBNZ
  • 4 Həmçinin bax
  • 5 Mənbə
  • 6 İstinadlar

Tarixi

redaktə

Trolleybus Bakıda ilk dəfə 1941-ci ildə peyda olur. Şəhərdə trolleybus sistemi 60-70 illərdə tam təkmilləşir. 1980-ci illərdə isə xətlərin uzunluğu 300 kilometrə çatırdı. Burada 32 marşrut mövcud olmuşdur.

Şəbəkə həmçinin Bakı ətrafı bir necə qəsəbəni də əhatə edirdi. Burada iki depo mövcud olmuşdur. 90-cı illərə qədər inkişaf yüksək olmasına baxmayaraq xalq arasında məşhurluğu olduqca zəif olmuşdur. Hətta tramvaydan belə geri qalırdı. 32 marşrutdan cəmi 6-sı rentabelli idi. Bu səbəbdən 2004-cü ildə tamamən ləğv edilmişdir. (son işləyən marşrut № 16).

Arsenalı

redaktə

İlk istifadə edilən trolleybus modelləri haqqında məlumat yoxdur. İlk məşhur model isə MTB-82-dir. 60-cı illərdə Bakıda BTL-62 markalı trolleybuslar buraxılmağa başlanılır. 60-cı illərdə Şkoda 9Tr, 79-cu ildə Şkoda 9TrN, 1982-ci ildə Şkoda 14Tr, 80-ci ildə ZİU-9 modelləri istifadəyə verilir.

BTL-62

redaktə

BTL-62 trolleybus modeli[1] Bakıda buraxılırdı. Bu model LAZ-695B markalı avtobusun balansında yığılmışdır.

Xidmət trolleybusu NBNZ

redaktə

80-ci illərdə işçiləri Neftayırma zavodu ilə fəhlələrin yaşayış məntəqələri arasında trolleybus xətti işləyirdi. Bu məqsədlə №18 və №13 maşrutlar ayrılmışdı. Bu istiqamətdə əsasən Şkoda 14Tr markalı trolleybuslardan istifadə edilirdi.

Həmçinin bax

redaktə
  • Gəncə trolleybusu
  • Sumqayıt trolleybusu
  • Mingəçevir trolleybusu
  • Naxçıvan trolleybusu

Mənbə

redaktə
  • Bakı trolleybusu
  • Bakı Tramvay-Trolleybus Xidməti
  • Bakı və Sumqayıt tramvay, trolleybuslarının şəkilləri

İstinadlar

redaktə
  1. ↑ "BYL-62". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-07.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bakı_trolleybusu&oldid=7103253"
LOVE.AZ