. Love.az

Baki Yarmarkalari 1920 Ci Iller - Wikipedia - Love.az

Ana Səhifə - Baki Yarmarkalari 1920 Ci Iller

Bakı yarmarkaları — 1920-ci illərdə Bakıda təşkil olunmuş beynəlxalq ticarət tədbirləri.[1]

Mündəricat

  • 1 Birinci Bakı Yarmarkası
    • 1.1 Məqsədi
    • 1.2 İştirakçılar
      • 1.2.1 Yerli iştirakçılar
      • 1.2.2 Xarici iştirakçılar
    • 1.3 Ticarət dövriyyəsi
  • 2 Növbəti yarmarkalar
  • 3 Ümumi ticarət dövriyyəsi
  • 4 Həmçinin bax
  • 5 Ədəbiyyat
  • 6 İstinadlar

Birinci Bakı Yarmarkası

redaktə

Birinci Bakı Yarmarkası 1922-ci il sentyabrın 15-də təntənəli şəkildə açılmış[2] və öz işini 1922-ci il noyabrın 15-də sona çatdırmışdır.[1]

Məqsədi

redaktə

Bakı yarmarkasının məqsədi Rusiya və Yaxın Şərq bazarları ilə əmtəə dövriyyəsini qaydaya salmaq idi.[3]

İştirakçılar

redaktə

Sentyabrın 15-də hələ yarmarkanın açılışı ərəfəsində 37 ticarət firması qeydiyyata düşmüşdü. Onlardan 16-sı dövlət, 2-si kooperativ, 19-u xüsusi firmalar idi. 9 firma Rusiya və yerli, 4 firma İran firması idi. 4 firma təsadüfü müqavilələrlə işləyən firmalar idi. Noyabrın 15-də isə — yarmarkanın bağlandığı vaxt artıq 150 firma fəaliyyət göstərirdi ki, bunlardan da 28-i dövlət, 2-si kooperativ, 120-si xüsusi firmalar idi. Xüsusi firmalardan 45-i rus və yerli, 16-si İran, 5 xarici, 55-i təsadüfü firmalar idi.[3][4]

Yerli iştirakçılar

redaktə
  • "Azipək";
  • "Azdəri";
  • "Azneft";
  • "Azfarmsənaye";
  • "Azərittifaq";
  • "Azərtütün";
  • və s. birlik və trestlər.[1]

Yarmarkada həmçinin, "Azdövlətbank"ın şöbəsi fəaliyyət göstərirdi.[1]

Xarici iştirakçılar

redaktə

1922-ci il sentyabrın 14-də RSFSR-in İrandakı səlahiyyətli nümayəndəsi bütün İran tacirlərinə müraciət edərək bildirir ki,

"Sentyabrın 15-də Bakı şəhərində yarmarka açılacaq… Tacirlərin yarmarkaya gəlməsi sərbəstdir və xarici ticarət orqanlarının icazəsi olmadan həyata keçirilir."[2]

Həmçinin, 1922-ci il oktyabr ayının ortalarında yarmarkanın lisenziya bürosu "Zakvneştorq"dan Bakı yarmarkası zamanı "Rosvneştorq", "Zakvneştorq", "Sentrsoyuz" və "Zaksoyuz"dan alınmış Qərbi Avropada istehsal olunan malların İrana maneəsiz ixracına icazə verildiyini bildirən teleqram almışdır.[1]

İran tacirləri Bakı yarmarkalarına pambıq, düyü, yun, mum, tumac, quru meyvələr, gənəgərçək yağı, kitrə və s. gətirmiş, Bakıdan isə qənd, parça, şüşə və rezin məhsulları, kağız, dəmir və polad məmulatları və s. aparmışlar.[1]

İranla yanaşı bu yarmarkalarda Türkiyə və Əfqanıstan tacirləri də iştirak etmişdirlər.[1]

Ticarət dövriyyəsi

redaktə

Birinci Bakı Yarmarkasının ümumi dövriyyəsi 1865 min rubl, yük dövriyyəsi isə 494252 pud olmuşdur.[1]

İran tacirləri yarmarkaya 138885 pud mal gətirib, buradan vətənə 69594 pud mal apardılar. İranla ticarət dövriyyəsi 220 min rubla bərabər idi.[1]

Əmtəə dövriyəsinin həcminə görə, Birinci Bakı Yarmarkası Nijni Novqorod Yarmarkasından sonra 2-ci yeri tuturdu.[1]

Növbəti yarmarkalar

redaktə

İlk yarmarkadan sonra Bakı yarmarkalarının keçirilməsi ənənəyə çevrilmişdir. Ümumilikdə 1922-ci ildən 1929-cu ilə qədər (1928-ci il istisna olmaqla) 7 yarmarka təşkil olunmuş, 1925-ci ildən isə ümumittifaq əhəmiyyətli olmuşdur.[1]

Beləliklə, qeyd etmək lazımdır ki, Bakı yarmarkalarının nüfuzu olduqca yüksək olmuş, yalnız qonşu dövlətlərin deyil, başqa xarici ölkələrin də diqqətini özünə cəlb etmişdir.[1] Hər dəfə yarmarkalarda əvvəlkinə nisbətən daha çox İran tacirləri iştirak etmiş və müvafiq olaraq, ildən-ilə iki qonşu dövlət arasında ticarət dövriyyəsi artmışdır.[1]

1923-cü ildə Bakı Yarmarkası binalarının layihələrində milli memarlıq ənənələri öz əksini tapmışdır.[5]

1925-ci ilin aprel ayında açılan Bakı Yarmarkasının sifarişi ilə "Dördüncü Bakı yarmarkası" adlı film çəkilmişdir. Filmdə yarmarkadan görüntülər əks etdirilmiş,[6] SSRİ-nin Şərqdəki xarici ticarət problemlərinə toxunulmuşdur.

Bu yarmarkalar 1927-ci ildə SSRİ və İran arasında ticarət sazişinin bağlanması üçün də zəmin yaratmışdır.[1]

1927-ci ilin oktyabr ayında Paris şəhərinin Ticarət Palatası Zaqafqaziya Xalq Ticarət Komissarlığına müraciət edərək, Bakı yarmarkaları haqqında müfəssəl məlumatın göndərilməsini xahiş etmişdir.[1]

1930-cu il martın 16-da SSRİ Əmək və Müdafiə Şurasının qərarı ilə Nijni Novqorod və Bakı yarmarkaları ləğv edilmişdir.[7]

Ümumi ticarət dövriyyəsi

redaktə

Mənbə: Cavanşir Vəkilov. BAKI YARMARKALARI VƏ İRAN: XX ƏSRİN 20-Cİ İLLƏRİ Arxivləşdirilib 2015-03-20 at the Wayback Machine. "Diplomatiya aləmi" jurnalı, 2003, № 2, səh. 72–74.  (az.)

Sıra İl Ümumi dövriyyə İranla dövriyyə
I 1922 1865 min 220 min
II 1923 4776 min 1432 min
III 1924 8470 min 3939 min
IV 1925 16109 min 8256 min
V 1926 16283 min 9207 min
VI 1927 31220 min 23165 min
VII 1929 36600 min 16164 min
  • Qeyd: Dövriyyə rublla göstərilmişdir.

Həmçinin bax

redaktə
  • Dördüncü Bakı yarmarkası (film, 1925)

Ədəbiyyat

redaktə
  • Məmmədov A.Ə. Bakı yarmarkalarının beynəlxalq ticarət-iqtisadi əlaqələrində rolu (1920-ci illər). // Üçüncü Bakı beynəlxalq simpoziumu. Bakı, 1997.[8]  (az.)
  • Vəkilov C.M. Azərbaycan Respublikası və İran: 40-cı illər. Bakı, Elm nəşriyyatı, 1991.  (az.)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Cavanşir Vəkilov. BAKI YARMARKALARI VƏ İRAN: XX ƏSRİN 20-Cİ İLLƏRİ Arxivləşdirilib 2015-03-20 at the Wayback Machine. "Diplomatiya aləmi" jurnalı, 2003, № 2, səh. 72–75.  (az.)
  2. ↑ 1 2 Azərbaycan tarixi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Yeddi cilddə. VI cild (aprel 1920 — iyun 1941), Bakı, "Elm", 2008, səh. 385.  (az.)
  3. ↑ 1 2 Seyfəddin Səməndərov. XX əsrin 20-ci illərinin əvvəllərində Azərbaycanda daxili və xarici ticarət, gömrük işinin təşkili ilə əlaqədar dəyərləndirmələ Arxivləşdirilib 2014-07-01 at the Wayback Machine. "Azərbaycanın vergi jurnalı", 2012, № 2, səh. 142.  (az.)
  4. ↑ B.Quxmanın "Bakı yarmarkasının fəaliyyətinin nəticələri" məqaləsi. "Экономический вестник" (Еженедельный орган Высшего Совета АССР), Баку: 1922, № 22, s. 9–11, № 22  (rus.)
  5. ↑ Azərbaycan tarixi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Yeddi cilddə. VI cild (aprel 1920 — iyun 1941), Bakı, "Elm", 2008, səh. 224.  (az.)
  6. ↑ "YouTube"də Filmin videosu Arxivləşdirilib 2023-07-01 at the Wayback Machine.
  7. ↑ Azərbaycan tarixi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Yeddi cilddə. VI cild (aprel 1920 — iyun 1941), Bakı, "Elm", 2008, səh. 392.  (az.)
  8. ↑ Azərbaycan tarixi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Yeddi cilddə. VI cild (aprel 1920 — iyun 1941), Bakı, "Elm", 2008, səh. 468.  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bakı_yarmarkaları_(1920-ci_illər)&oldid=7580437"
LOVE.AZ