. Love.az

Bakbo Korfezi - Wikipedia - Love.az

Ana Səhifə - Bakbo Korfezi

Bakbo körfəzi (vyet. Vịnh Băc Bô; çin. 北部湾) və ya Tonkin körfəzi (fr. Golfe du Tonkin) — Cənubi Çin dənizinin Çin (Quansi-Çjuan Muxtar Rayonu, Quandun vilayəti, Haynan vilayəti) və Vyetnam (Bakbo rayonu) sahillərində yerləşən körfəzi. Şərqdən sərhədi Leyçjoubandao yarımadası və Haynan boğazı ilə ayrılan Haynan adası ilə müəyyən edilir.

Bakbo körfəzi
Yerləşməsi
19°45′ şm. e. 107°45′ ş. u.HGYO
Ölkə
  •  Çin
  •  Vyetnam
Bakbo körfəzi xəritədə
Bakbo körfəzi
Bakbo körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bakbo körfəzinin uzunluğu 330 km, girişdə eni 241 km, dərinliyi 82 m-ə qədərdir. Əsas limanı Hayfondur.

4 avqust 1964-cü ildə ABŞ Prezidenti Lindon B. Conson Şimali Vyetnam qüvvələrinin Bakbo körfəzində iki dəfə Amerika esmineslərinə hücum etdiyini iddia etmişdir. Bu, ABŞ-nin Vyetnam müharibəsində iştirakına əsas olmuşdur.[1]

İstinadlar

redaktə
  1. ↑ Fletcher, Martin. "LBJ tape 'confirms Vietnam war error'". The Times. 1 December 2001. 1 December 2001 tarixində orijinalından arxivləşdirilib.

Ədəbiyyat

redaktə
  • Беседнов Л. М. Рыбы Тонкинского залива. Ч. 1. Elasmobranchii. Владивосток. 1969.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bakbo_körfəzi&oldid=7024147"
LOVE.AZ