. Love.az

Bakire Intiharlari - Wikipedia - Love.az

Ana Səhifə - Bakire Intiharlari

Bakirə intiharları (ing. The Virgin Suicides) — Sofiya Koppolanın rejissor kimi ilk tammetrajlı filmi, atası Frensis Ford Koppolanın prodüserliyi ilə 1999-cu ildə ekranlara çıxmış psixoloji-romantik dram.

Bakirə intiharları
ing. The Virgin Suicides
Janr dram filmi[1][2][…], ədəbi əsər ekranlaşdırılması[d]
Əsas mövzu intihar, Bakirəlik, yeniyetmə, 1970-ci illər
Rejissor
  • Sofiya Koppola[d][3][2][…]
Prodüserlər
  • Frensis Ford Koppola
Ssenari müəllifləri
  • Sofiya Koppola[d]
Baş rollarda
  • Ceyms Vuds[3][4][…]
  • Kirsten Danst[1][3][…]
  • Coş Hartnett[1][4][…]
  • Denni De Vito[4]
  • Robert Şvartsman[d][4]
  • Suki Kaiser[d][5]
İstehsalçılar American Zoetrope[d]
Distribütor Netflix
İlk baxış tarixi 19 may 1999[6], 16 noyabr 2000[7]
Müddət 97 dəq.
Gəlir 10.409.377 $[8]
Ölkə
  •  ABŞ
Dil ingilis dili
Rəng rəngli[d]
Çəkiliş yeri Toronto
IMDb ID0159097

Ekran əsəri Ceffri Yevqenidisin 1993-cü ildə qələmə aldığı eyniadlı debüt romanı əsasında çəkilib. Süjet xətti 1975-ci ildə Detroytun varlı məhəllələrindən birində məskunlaşmış beş yeniyetmə bacının həyatını əks etdirir.

1998-ci ildə Torontoda lentə alınan filmin musiqi tərtibatının müəllifi fransız elektron musiqisi qrupu "Air"dir. Bu film Sofiya Koppola ilə Kirsten Danstın ilk yaradıcılıq əməkdaşlığı idi, rejissor sonrakı əsərlərində də akrtisanı baş rollara dəvət edib.

"Bakirə intiharları" 1999-cu ildə Kann kinofestivalında nümayiş olunub, 2000-ci il aprelin 21-də ABŞ-də məhdud sayda kinoteatrlarda göstərilməyə başlayıb, may ayında isə ölkə miqyasında ekranlara çıxıb. Tənqidçilər aktyorların oyununu, rejissor işini, vizual üslubu və saundtreki xüsusi qeyd edərək filmə müsbət rəy veriblər. Yeniyetmə narahatlığının lirik təsviri baxımından təqdir edilən əsər, artıq kult filmlər sırasındadır.

2015-ci ildə "Entertainment Weekly" jurnalı filmi "Ən yaxşı 50 məktəb filmi" siyahısında 39-cu yerə layiq görüb.

Təsvir

redaktə

1970-ci illərdə baş verən bu əhvalat, beş bacının sirli-sehrli dünyasını açır bizə. Lisbon qızlarından birinin özünə qəsd etmək istəyi elə bir hadisələr zənciri yaradır ki, təkcə ailəsinin deyil, bütün şəhər camaatının, ən əsası da onlara məftun olan oğlanların zehnindən silinmir. Bu hekayət məhz həmin oğlanların gözü ilə açılır qarşımızda.

Detroyt civarındakı zəngin məhəllədə yaşayan bir qrup kişinin ömrü, bu beş bacıya olan vurğunluqdan alt-üst olur. Hərəsi bir aləm olan bu adamların beyninə elə həkk olunub ki Lisbon bacıları... İndi oturub xatirələrini vərəqləyəndə, o günlərin acısı hələ də canlarından çıxmayıb. Qəribədir, bir vaxtlar uzaqdan-uzağa seyr elədikləri o qızların taleyinə necə bağlanıblar.

Rollarda

redaktə
Bu bölmə boşdur.
Məzmun əlavə edərək kömək edə bilərsiniz.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 http://www.metacritic.com/movie/the-virgin-suicides.
  2. ↑ 1 2 http://www.imdb.com/title/tt0159097/.
  3. ↑ 1 2 3 http://stopklatka.pl/film/przeklenstwa-niewinnosci.
  4. ↑ 1 2 3 4 http://www.imdb.com/title/tt0159097/fullcredits.
  5. ↑ Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  6. ↑ Freebase Data Dumps. Google.
  7. ↑ http://www.kinokalender.com/film1781_the-virgin-suicides.html.
  8. ↑ https://www.boxofficemojo.com/title/tt0159097/?ref_=bo_se_r_1.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bakirə_intiharları&oldid=8090367"
LOVE.AZ