Bala İsgəndərov (tam adı: Bala Ağa-Hüseyn oğlu İsgəndərov; 21 dekabr 1936, Bakı – 9 avqust 2012) — fizika-riyaziyyat elmləri doktoru (1994), professor (1996), Azərbaycan Riyaziyyat Cəmiyyətinin üzvü, AMEA-nın müxbir üzvü (2001).[1]
Bala İsgəndərov | |
---|---|
Bala Ağa-Hüseyn oğlu İsgəndərov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahələri | riyaziyyat, diferensial tənliklər |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru (1994) |
Elmi adı | professor(1996) |
Tanınır | alim |
Üzvlüyü | AMEA (2001) |
Bala Ağa-Hüseyn oğlu İsgəndərov 1936-cı il dekabrın 21-də Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildə Bakı şəhəri 17 saylı orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Universitetinin (BDU) Fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1958-ci ildə təhsilini davam etdirmək üçün SSRİ Ali Təhsil Nazirliyinin əmri ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Mexanika-riyaziyyat fakültəsinə köçürülmüşdür. B.A.İsgəndərov 1961-ci ildə bu fakültəni bitirmiş[1], həmin il ADU-nun aspiranturasına daxil olmuş və MDU-ya ezam olunmuşdur. O, professor A.Q.Kostyuçenko və professor M.V.Fedoryukun rəhbərliyi altında namizədlik dissertasiyası yazmışdır.
Onun aldığı bir sıra nəticələr 2004-cü ildə nəşr etdirdiyi “Silindrik oblastlarda elliptik tənliklər üçün şüalanma prinsipləri” adlı monoqrafiyasına daxil edilmişdir.
Respublika və xarici ölkələrin mötəbər jurnallarında çap edilmiş 70-dən artıq elmi məqalənin müəllifi olan alimin rəhbərliyi altında 13 namizədlik dissertasiyası müdafiə edilmiş, həmçinin o, 100-dən artıq doktorluq və namizədlik dissertasiyalarının opponenti olmuşdur. B.İsgəndərov ümumittifaq, beynəlxalq və respublika miqyaslı elmi konfransların təşkilat komitəsinin üzvü olmuş, nüfuzlu elmi məruzələrlə çıxış etmişdir. 1996 və 2001-ci illərdə AMEA-nın Fəxri Fərmanları ilə təltif olunmuşdur. 1968-1994-cü illər Bakı Dövlət Universitetinin dosenti, 1995-2001-ci illər BDU-nun professoru adına layiq görülmüşdür. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda şöbə müdiridir.