. Love.az

Balaken Seheri - Wikipedia - Love.az

Ana Səhifə - Balaken Seheri
Bu məqalə Balakən şəhəri haqqındadır. Balakən rayonu üçün Balakən rayonu səhifəsinə baxın.

Balakən — Azərbaycan Respublikasının Balakən rayonunun Balakən şəhər inzibati ərazi dairəsində şəhər,[1] Balakən rayonunun inzibati mərkəzi. Bakı şəhəri ilə arasındakı məsafə 394 km–dir.[2]

Balakən
41°43′06″ şm. e. 46°24′59″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Rayon Balakən
Tarixi və coğrafiyası
Şəhər statuslu 1965-ci ildən
Saat qurşağı UTC+04:00
Əhalisi
Əhali sayı
  • 14.800 nəf. (2017)
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 2429
Poçt indeksi AZ0800
Rəsmi saytı balaken-ih.gov.az
Xəritədə yeri
Balakən xəritədə
Balakən
Balakən
xəritədə
Balakən
Balakən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Tarixi abidələri
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İqtisadiyyatı
  • 6 Qalereya
  • 7 İstinadlar

Tarixi

redaktə

Balakənə 1965-ci ildə şəhər statusu verilmişdir. 2011-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna əsasən Balakən şəhərinin ərazisi genişləndirilib. Belə ki, qəbul edilmiş qanuna əsasən Balakən rayonunun Gərəkli, Hənifə, Qullar, Mahamalar, Qasbinə və Tülü kəndlərinin ərazilərinin müəyyən bir hissəsi Balakən şəhərinin inzibati ərazisinə verildi.[3]

Tarixi abidələri

redaktə

Şəhərdə XVII-XIX əsrlərdə tikilmiş qeyri-adi minarəsi olan gözəl bir məscid yerləşir. Şəhər muzeyində bu regionun ənənəvi sənətlərin eksponatları yığılmışdır. Bir çox arxeoloji tapıntılar bu ərazilərdə hələ neolit dövründə yaşayış məskəninin olduğunu göstərir. Balakəndə 7,5 hektar sahəsi olan böyük şəhər parkı var. Parkda həmçinin kanat yolu tikilmişdir.

Coğrafiyası və iqlimi

redaktə

Balakən şəhəri Qanıxçayın bir qolu olan Balakən çayının sahilində, Böyük Qafqazın dağətəyilərində yerləşir. Şəhər Yevlax dəmiryol qovşağından 178 kilometr şimal-qərbə, Yevlax-Laqodexi şosesində üzərində yerləşir.

Əhalisi

redaktə

Şəhərdə əhalinin 85%[4]-ni azərbaycanlılar , 14%[4]-ni avarlar və 1%-ni digər xalqların nümayəndələri təşkil edir .[4]

Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb.
İl Sayı
1959 1.815 [5]
1970 5.368 [6]
İl Sayı
1979 6.587 [7]
1989 8.134 [8]
İl Sayı
2017 14.800

İqtisadiyyatı

redaktə
 
Dağ üstü parkdan (Heydər Əliyev adına park) görünüş

Balakən şəhərində bir neçə zavod fəaliyyətdədir. Bunlar

  • Konserv zavodu
  • Beton konstruksiyaları zavodu
  • Heyvandarlıq məhsullarının istehsalı üzrə zavod

1985-ci ildə Balakəndə Yevlax-Balakən dəmiryol xəttinin son stansiyası tikilmişdir.

Qalereya

redaktə
  •  
  •  
  •  
    Balakən şəhər uşaq incəsənət məktəbi
  •  
    Balakən mədəniyyət mərkəzi

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Балакен — Azerbaijans.com". 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2015. Arxivləşdirilib.
    Orijinal mətn (az.)
    Расстояние от Баку: 394 км
  3. ↑ "Milli Məclis Balakən şəhərinin ərazisini böyütdü - milli.az". 2011-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-04.
  4. ↑ 1 2 3 SİLESER (Summer Institute of Linguistics Electronic Survey Reports 2005) İnternational  :The Sociolinguistic Situation of the Avar in Azerbaijan Arxivləşdirilib 2012-01-06 at the Wayback Machine
  5. ↑ SSRİ əhalisinin siyahıya alınması (1959).
  6. ↑ SSRİ əhalisinin siyahıya alınması (1970).
  7. ↑ SSRİ əhalisinin siyahıya alınması (1979).
  8. ↑ SSRİ əhalisinin siyahıya alınması (1989).
  Vikianbarda Balakən ilə əlaqəli mediafayllar var.
Balakən rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Balakən&oldid=7856588"
LOVE.AZ