. Love.az

Balkan Sami - Wikipedia - Love.az

Ana Səhifə - Balkan Sami

Balkan şamı (lat. Pinus peuce) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.

Balkan şamı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Pinoideae
Cins:
Şam
Növ:
Balkan şamı
Beynəlxalq elmi adı
  • Pinus peuce Griseb., 1846
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  822559
NCBI  71646
EOL  991102

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Sinonimləri
    • 3.1 Homotipik sinonimləri
    • 3.2 Heterotipik sinonimləri
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Arealı

redaktə

Balkan yarımadasının dağ rayonlarında təbii halda bitir.

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 20 m-ə qədərdir. Çox vaxt dağların yuxarı zolağında kol şəklində bitir. Çətiri konusvarı, qabığı hamar, boz-qonur və ya qırmızı-qonurdur. Cavan zoğları qalın (3–4 mm), çılpaq, yaşıldır, sonra boz və ya boz-qonur olur. Tumurcuqları yumurtavarı, ucu qısa, bizşəkilli, qatranlıdır, uzunluğu 5–10 mm, eni 2,5–4 mm-dir. Dəstəşəkilli iynəyarpaqları möhkəm, 5 ədəd, kənarları az dişli, boz, tünd yaşıl, açıq zolaqlıdır. Uzunluğu 6-10 sm, eni 0,75–1 mm olub, 3 ilə qədər budaqların üzərində qalır. Qozaları sallaq, silindirik, bərk oduncaqlı, qalın qabıqlıdır, 3-cü ili yetişir. Qısa saplaqlarda tək və ya bir neçə ədədi birlikdə yerləşir, uzunluğu 8-10 sm, qalınlığı 2,5-4 sm-dir. Toxumlarının rəngi qonur, uzunluğu 5–7 mm-dir. Qanadının uzunluğu 15 mm-ə qədərdir, 10-12 yaşında meyvə verir. Uzunsov silindirik, açıq-qonur qozaları budaqlarda uzun müddət qalır. Mədəni şəraitdə 1863-cü ildə becərilir. Qərbi Avropada çox vaxt dekorativ bitki olaraq parklarda, bəzən meşələrdə də təsadüf edilir. Mərdəkan Dendrarisində introduksiya olunmuşdur. İlk toxumvermə vaxtı 10 yaşından başlayır, toxumları sentyabrın əvvəllərində yetişir və tez tökülür. Qışa və kölgəyədavamlıdır, tez böyüyür, torpağa isə az tələbkardır. Göbələk xəstəliklərinə dözümlüdür.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Pinus excelsa var. peuce (Griseb.) Beissn.
  • Strobus peuce (Griseb.) Moldenke

Heterotipik sinonimləri

redaktə
  • Pinus cembra var. fruticosa Griseb.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Balkan_şamı&oldid=8117713"
LOVE.AZ