Banan müharibələri — 1898-1934-cü illər arasında ABŞ və Mərkəzi Amerika və Karib hövzəsi ölkələri arasında “Mehriban qonşuluq siyasəti” yaradılması ilə əlaqədar baş verən müharibələr nəzərdə tutulur. Başqa sözlə ABŞ-nin Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinə işğal məqsədilə etdiyi müdaxilə seriyaları nəzərdə tutulur. Bu hərbi müdaxilələr əksər hallarda ABŞ Dəniz qoşunları korpusu vasitəsilə həyata keçirilirdi.1921-ci ildə Dəniz qoşunları “Kiçik Müharibələrin strategiyası və taktikası” nizamnaməsini hazırlayırlar.Bəzi hallarda isə hərbi-dəniz donanması da top atəşi ilə öz köməkliyini göstərərək dəstək olurdular,eləcə də ordunun digər qüvvələrindən də istifadə olunurdu.
1898-ci ildə imzalanan Paris müqaviləsinə görə,İspaniya Kuba,Puerto-Riko və Filippin üzərində nəzarət hüququnu ABŞ-yə güzəştə edir. Bundan sonra ABŞ Panama, Meksika, Honduras, Nikaraqua, Haiti və Dominikan Respublikasına müdaxilələr edir.
Müdaxilələr seriyası yalnız Prezident Franklin Ruzveltin başçılığı altında qoşunların Haitidən çıxarılması ilə başa çatır. Bu münaqişələrin səbəbi müxtəlif olsa da,əsas səbəb iqtisadi xarakterlə bağlı idi. ABŞ-nin bu hərbi müdaxilələri və ticarət maraqları arasındakı əlaqədən yaranan termin tarixə “Banan müharibələri” adı ilə düşür. Ayrıca qeyd etmək lazımdır ki, ”United Fruit Company” şirkəti Karib hövzəsi, Mərkəzi Amerika və Cənubi Amerikanın şimal hissəsi üzrə olan banan, tütün, şəkər çuğunduru istehsal aksizlərinin əhəmiyyətli maliyyə paketlərinə malik idi. ABŞ həmçinin yenicə tikilmiş,donanma gücü və qlobal ticarət baxımından çox əhəmiyyətli olan Panama kanalında nəzarət və təsir dairəsi olduğunu əsaslandıraraq,öz siyasi maraqlarını da irəliyə çəkirdi.
1914-cü ildə Verakruzun işğalı isə sırf sərhədin bütövlüyünün yox,hərbi təsirin nümunəsi idi. Bu dövrdə isə ABŞ qarşısına belə bir məqsəd qoymuşdu ki, Viktoriana Huerta rəhbərliyindəki Meksika hökumətində Almanlar tərəfindən sursat təchizatı dayandırılsın. Xatırladaq ki,Vudro Vilson da Viktoriana Huertanı tanımaqdan imtina etmişdi.