. Love.az

Barselona Fk Prezidentlerinin Siyahisi - Wikipedia - Love.az

Ana Səhifə - Barselona Fk Prezidentlerinin Siyahisi

"Barselona" Futbol Klubu — İspaniyanın Kataloniya muxtar vilayətinin Barselona şəhərini təmsil edən, İspaniyanın ali futbol liqası olan La Liqada çıxış edən futbol klubu. 1899-cu ildə qurulandan bəri klubun 41 fərqli prezidenti olmuşdur. Klub üzvlərinə məxsus olan "Barselona" FK-da prezident məhdud məsuliyyətli cəmiyyətdə olan sistemə bənzər şəkildə səsvermə yolu ilə seçilir. Prezident klubun ümumi rəhbərliyi, o cümlədən oyunçular və heyət ilə rəsmi müqavilələr bağlamaq məsuliyyətini daşıyır. İspaniyada klub prezidentinin rəqib komandanın prezidenti ilə birlikdə əsas komanda matçlarını izləməsi adətə çevrilmiş bir haldır.

"İDMAN QEYDİ. "Sosyedad Los Deportes"in Fut-Vall bölməsindən və keçmiş İsveçrə çempionu olan dostumuz və tərəfdaşımız cənab Kans Kamper Barselonada bəzi matçlar təşkil etmək istəyir, bu idman növünü sevən hər kəsdən çərşənbə axşamı və cümə axşamları 9-dan 11-dək bu idarəyə gəlmələrini xahiş edir"
Qamperin "Los Deportes" qəzetində dərc olunmuş reklamı.
Azərbaycanca tərcüməsi:
"İDMAN QEYDİ. "Sosyedad Los Deportes"in Fut-Vall bölməsindən və keçmiş İsveçrə çempionu olan dostumuz və tərəfdaşımız cənab Kans Kamper Barselonada bəzi matçlar təşkil etmək istəyir, bu idman növünü sevən hər kəsdən çərşənbə axşamı və cümə axşamları 9-dan 11-dək bu idarəyə gəlmələrini xahiş edir".

Mündəricat

  • 1 Tarixi
  • 2 Prezidentlərin siyahısı
  • 3 Qeydlər
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Tarixi

redaktə

22 oktyabr 1899-cu il tarixində İsveçrə idmançısı Joan Qamper "Los Deportes" (azərb. İdman‎) qəzetində şəhərdə bir futbol klubu yaratmaq istədiyini açıqlamışdır. Bu istəyə müsbət cavab verilmiş, 29 noyabrda "Sole" gimnaziyasında yığıncaq təşkil edilmişdir. Bu yığıncağa daha sonra klubun birinci prezidenti olmuş Uolter Uayld və klubun ikinci prezidenti olmuş Bartomeu Brutau Terradas da daxil olmaqla 11 nəfər qatılmışdır. Burada alınan qərar ilə "Barselona" FK yaradılmışdır.[1]

Joan Qamper 1908-ci ildə klubu məhv olmaqdan xilas etmək üçün ilk dəfə klub prezidenti olmuşdur. Klub 1905-ci ildə Kataloniya çempionatından bəri heç bir nailiyyət əldə etməmiş, nəticədə də ciddi maliyyə sıxıntıları yaşayırdı. Qamper sonradan 1908–1925-ci illər arasında beş ayrı halda klub prezidenti olmuşdur. Ümumiyyətlə, o, klubda 26 il keçirmişdir. Onun əsas nailiyyətlərindən biri də "Barselona"nın öz stadionunu əldə etməsində və bununla da sabit gəlir bazasının yaradılmasında kömək olmaq idi.[1] 1966-cı ildən bəri hər il mövsümün əvvəlində onun şərəfinə Joan Qamper kuboku adlı futbol turniri keçirilir.[2]

Komanda 1930–1938-ci illər arasında altı dəfə Kataloniya çempionatının qalibi olmuşdur.[3] Buna baxmayaraq, klub 1937-ci ildəki mübahisəli qələbəsi istisna olmaqla, ölkə səviyyəsində uğur tapa bilməmişdir. La Liqanın 1929-cu ildə yaranmasından 1978-ci ilə qədər "Barselona"da 20 fərqli prezident xidmət göstərmişdir. Bu o deməkdir ki, hər prezidentlik dövrü orta hesabla iki il yarım davam etmişdir. Xosep Luis Nunyes 1978-ci ildə "Barselona"nın seçki ilə prezident olan ilk klub rəsmisi olmuşdur. O vaxtdan bəri klub prezidenti onun üzvləri tərəfindən seçilir. "Barselona" FK-da klub prezidentinin seçilmə prosesi 1974-cü ildə İspaniyanın demokratiyaya keçid etməsi və Franko diktaturasının sona çatması ilə bağlı idi. Nunyesin əsas məqsədi "Barselona"nı həm meydan daxilində, həm də kənarında sabitlik ilə təmin etməklə dünya səviyyəli bir klub halına gətirmək idi.[4] Onun prezidentliyi 22 il davam etmişdir. Bununla o, klubun ən uzun müddət xidmət etmiş prezidenti olmuşdur.

Nunyesin 2000-ci ildə vəzifəsini tərk etməsindən sonra 22 il klubun vitse-prezidenti olmuş Joan Qaspar klubun rəhbərliyini ələ almışdır. Qaspar "Barselona"ya rəhbərlik etdiyi müddətdə klub heç bir kubok qazana bilməmişdir. Komanda aşağı liqaya düşmək təhlükəsindən iki xalla xilas olduqdan sonra 15-ci yerdə qərarlaşdığında, o, klubda iki il yarım xidmət etdikdən sonra, 12 fevral 2003-cü il tarixində istefa vermişdir.[5] Enrik Reyna idarə heyəti 5 may 2003-cü il tarixində istefa verənə qədər müvəqqəti prezident seçilmişdir. Bu tarixdən sonra ümumi seçkilərin keçirilməsinə qədər kluba müvəqqəti komissiya rəhbərlik etmişdir.[6] 15 iyun 2003-cü il tarixində Xuan Laporta prezident seçilmiş və qazanılan Çempionlar Liqası kubokların sayı baxımından klubun ən uğurlu prezidenti olmuşdur. Klub üç il ərzində iki dəfə Çempionlar Liqasını qazanmışdır. "Barselona" həmçinin, La Liqa 2008/09, Copa del Rey 2008/09, İspaniya Superkuboku 2009, UEFA Çempionlar Liqası 2008/09, 2009 UEFA Superkuboku və FİFA Klublararası Dünya Kuboku 2009-un qalibi olaraq "misli görünməmiş yeddiqat çempion" olmuşdur.[7]

Xosep Bartomeu 23 yanvar 2014-cü ildə Sandro Rozelin istefa verməsindən sonra müvəffəqi prezident səlahiyyətlərini icra etmiş,[8] 19 iyul 2015-ci il tarixində 54.63% səs ilə "Barselona" FK-nın prezidenti seçilmişdir.[9] O, 2020-ci ilin oktyabrında istefa vermişdir. Bunun ardınca Karles Tusketsin rəhbərlik etdiyi idarəetmə komissiyası klubun idarəsini öz üzərinə götürmüş, Xuan Laporta-i-Estruk isə 7 mart 2021-ci ildə 54% səs yığaraq ikinci dəfə prezident seçilmişdir. O, klubun hal-hazırkı prezidentidir.[10]

Prezidentlərin siyahısı

redaktə
 
Joan Qamper "Barselona"nın qurucusu və ilk futbolçularından biri idi.
 
Xosep Bartomeu, klubun sabiq prezidenti
 
Klubun hazırkı prezidenti olan Xuan Laporta

Aşağıda "Barselona" FK-nın Uolter Uayldın 1899-cu ildə rəhbərliyi ələ almasından bu günə kimi rəsmi prezidentlik tarixçəsi verilmişdir.[11]

"Barselona" FK prezidentləri
Adı Milliyəti[a] Başlama tarixi Bitmə tarixi Nailiyyətlər
Uolter Uayld İngilis 000000001899-11-29-000029 noyabr 1899 000000001901-04-25-000025 aprel 1901
Bartomeu Terradas İspan 000000001901-04-25-000025 aprel 1901 000000001902-09-05-00005 sentyabr 1902
Paul Haas Alman 000000001902-09-05-00005 sentyabr 1902 000000001903-09-17-000017 sentyabr 1903
Artur Uitti İngilis 000000001903-09-17-000017 sentyabr 1903 000000001905-10-06-00006 oktyabr 1905
Xosep Soler İspan 000000001905-10-06-00006 oktyabr 1905 000000001906-10-16-000016 oktyabr 1906
Juli Marial-i-Mundet İspan 000000001906-10-16-000016 oktyabr 1906 000000001908-11-11-000011 noyabr 1908
Visens Rets İspan 000000001908-11-11-000011 noyabr 1908 000000001908-12-02-00002 dekabr 1908
Joan Qamper İsveçrəli 000000001908-12-02-00002 dekabr 1908 000000001909-10-14-000014 oktyabr 1909
Otto Qmelinq Alman 000000001909-10-14-000014 oktyabr 1909 000000001910-11-17-000017 noyabr 1910 1 İspaniya Kral Kuboku
Joan Qamper İsveçrəli 000000001910-11-17-000017 noyabr 1910 000000001913-06-30-000030 iyun 1913 2 İspaniya Kral Kuboku
Fransesk de Moşo-i-Sentmenat İspan 000000001913-06-30-000030 iyun 1913 000000001914-07-30-000030 iyul 1914
Alvar Presta İspan 000000001914-07-30-000030 iyul 1914 000000001914-09-29-000029 sentyabr 1914
Xoakim Peris de Varqas İspan 000000001914-09-29-000029 sentyabr 1914 000000001915-06-29-000029 iyun 1915
Rafael Loparti-i-Vido İspan 000000001915-06-29-000029 iyun 1915 000000001916-06-25-000025 iyun 1916
Qaspar Roses-i-Arus İspan 000000001916-06-25-000025 iyun 1916 000000001917-06-17-000017 iyun 1917
Joan Qamper İsveçrəli 000000001917-06-17-000017 iyun 1917 000000001919-06-10-000010 iyun 1919
Rikard Qraels-i-Miro İspan 000000001919-06-10-000010 iyun 1919 000000001920-06-27-000027 iyun 1920 1 İspaniya Kral Kuboku
Qaspar Roses-i-Arus İspan 000000001920-06-27-000027 iyun 1920 000000001921-07-17-000017 iyul 1921
Joan Qamper İsveçrəli 000000001921-07-17-000017 iyul 1921 000000001923-07-29-000029 iyul 1923 1 İspaniya Kral Kuboku
Erik Kardona-i-Paneliya İspan 000000001923-07-29-000029 iyul 1923 000000001924-06-01-00001 iyun 1924
Joan Qamper İsveçrəli 000000001924-06-01-00001 iyun 1924 000000001925-12-17-000017 dekabr 1925 1 İspaniya Kral Kuboku
Arkadi Balager-i-Kosta İspan 000000001925-12-17-000017 dekabr 1925 000000001929-03-23-000023 mart 1929 2 İspaniya Kral Kuboku
Tomas Roses-i-İbotson İspan 000000001929-03-23-000023 mart 1929 000000001930-06-30-000030 iyun 1930 1 La Liqa
Qaspar Roses-i-Arus İspan 000000001930-06-30-000030 iyun 1930 000000001931-10-22-000022 oktyabr 1931
Antoni Oliver-i-Qras İspan 000000001931-10-22-000022 oktyabr 1931 000000001931-12-20-000020 dekabr 1931
Joan Koma-i-Sarasols İspan 000000001931-12-20-000020 dekabr 1931 000000001934-07-16-000016 iyul 1934
Esteve Sala-i-Kanyadel İspan 000000001934-07-16-000016 iyul 1934 000000001935-07-27-000027 iyul 1935
Xosep Sunyol Karriqa İspan 000000001935-07-27-000027 iyul 1935 000000001936-08-06-00006 avqust 1936
İdarə komissiyası 0M/D 000000001936-08-06-00006 avqust 1936 000000001939-05-06-00006 may 1939
Joan Soler-i-Xuliya İspan 000000001939-05-06-00006 may 1939 000000001940-03-13-000013 mart 1940
Enrike Pineyro Keralt İspan 000000001940-03-13-000013 mart 1940 000000001942-07-10-000010 iyul 1942 1 İspaniya Kral Kuboku
Jozep Vifal-Ribas-Quel İspan 000000001942-07-10-000010 iyul 1942 000000001942-08-13-000013 avqust 1942
Enrike Pineyro Keralt İspan 000000001942-08-13-000013 avqust 1942 000000001943-08-20-000020 avqust 1943
Xosep Antoni de Albert-i-Muntadas İspan 000000001943-08-20-000020 avqust 1943 000000001943-09-20-000020 sentyabr 1943
Xosep Vendrel-i-Ferrer İspan 000000001943-09-20-000020 sentyabr 1943 000000001946-09-20-000020 sentyabr 1946 1 La Liqa, 1 Yeva Duarte Kuboku
Aqusti Montal-i-Qalobart İspan 000000001946-09-20-000020 sentyabr 1946 000000001952-07-16-000016 iyul 1952 3 La Liqa, 2 İspaniya Kral Kuboku, 2 Yeva Duarte Kuboku
Enrik Marti-i-Karreto İspan 000000001952-07-16-000016 iyul 1952 000000001953-09-22-000022 sentyabr 1953 1 La Liqa, 1 İspaniya Kral Kuboku, 1 Yeva Duarte Kuboku
Fransesk Miro-Sans-i-Kasakuberta İspan 000000001953-09-22-000022 sentyabr 1953 000000001961-02-28-000028 fevral 1961 2 La Liqa, 2 İspaniya Kral Kuboku, 2 Yarmarkalar Kuboku
Enrik Lyaudet-i-Ponsa İspan 000000001961-02-28-000028 fevral 1961 000000001968-01-17-000017 yanvar 1968 1 İspaniya Kral Kuboku, 1 Yarmarkalar Kuboku
Narsis de Karreras-i-Giteras İspan 000000001968-01-17-000017 yanvar 1968 000000001969-12-18-000018 dekabr 1969 1 İspaniya Kral Kuboku
Aqusti Montal-i-Kosta İspan 000000001969-12-18-000018 dekabr 1969 000000001977-12-18-000018 dekabr 1977 1 La Liqa, 1 İspaniya Kral Kuboku
Raymon Karrasko-i-Azemar İspan 000000001977-12-18-000018 dekabr 1977 000000001978-07-01-00001 iyul 1978 1 İspaniya Kral Kuboku
Xosep Luis Nunyes-i-Klemente İspan 000000001978-07-01-00001 iyul 1978 000000002000-07-23-000023 iyul 2000 7 La Liqa, 6 İspaniya Kral Kuboku, 2 İspaniya Liqa Kuboku, 5 İspaniya Superkuboku, 1 Avropa kuboku, 4 Kuboklar Kuboku, 2 UEFA Superkuboku
Joan Qaspar-i-Solves Joan Qaspar İspan 000000002000-07-23-000023 iyul 2000 000000002003-02-12-000012 fevral 2003
Enrik Reyna-i-Martines İspan 000000002003-02-12-000012 fevral 2003 000000002003-05-06-00006 may 2003
İdarə komissiyası 0M/D 000000002003-05-06-00006 may 2003 000000002003-06-15-000015 iyun 2003
Joan Laporta-i-Estruk Joan Laporta[b] İspan 000000002003-06-15-000015 iyun 2003 000000002010-06-30-000030 iyun 2010 4 La Liqa, 1 İspaniya Kral Kuboku, 3 İspaniya Superkuboku, 2 Çempionlar Liqası, 1 UEFA Superkuboku, 1 FİFA Klublararası Dünya Kuboku
Sandro Rossel-i-Feliu İspan 000000002010-06-30-000030 iyun 2010 000000002014-01-23-000023 yanvar 2014 2 La Liqa, 1 İspaniya Kral Kuboku, 2 İspaniya Superkuboku, 1 Çempionlar Liqası, 1 UEFA Superkuboku, 1 FİFA Klublararası Dünya Kuboku
Xosep Mariya Bartomeu-i-Floreta İspan 000000002014-01-23-000023 yanvar 2014 27 oktyabr 2020 3 La Liqa, 4 İspaniya Kral Kuboku, 2 İspaniya Superkuboku, 1 Çempionlar Liqası, 1 UEFA Superkuboku, 1 FİFA Klublararası Dünya Kuboku
Karles Tuskets (müvəqqəti) İspan 000000002020-10-29-000029 oktyabr 2020 000000002021-03-07-00007 mart 2021
Xuan Laporta-i-Estruk[c] İspan 000000002021-03-07-00007 mart 2021 hal-hazırda 1 İspaniya Kral Kuboku

Qeydlər

redaktə
  1. ↑ Vətəndaşlıq sütunundakı məlumatlar şəxslərin prezidentlik dövrlərində olan məlumatlara görə verilir. Bu məlumatlar onların sonrakı və ya cari vətəndaşlıq və ya doğum yerlərini əks etdirməyə bilər.
  2. ↑ 30 iyun 2006-cı il tarixindən 22 avqust 2006-cı il tarixinə qədər "Barselona" FK-na idarə komissiyası nəzarət edirdi.[12]
  3. ↑ 29 oktyabr 2020-ci il tarixindən 7 mart 2021-ci il tarixinə qədər "Barselona" FK-na Karles Tuskets İdarə Komissiyasının sədri rolunu daşıyan zaman idarə komissiyası nəzarət edirdi.[13]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Origins (1899-1922)" (ingilis). Barselona FK. 2 iyul 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
  2. ↑ Lozano Ferrer, Carles. "Trofeo Joan Gamper (Barcelona-Spain) 1966–2008" (ingilis). Rec.Sport.Soccer Statistics Foundation (RSSSF). 19 fevral 2010. 5 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
  3. ↑ Ferrer, Carles Lozano. "Spain – Final Tables Catalonia" (ingilis). Rec.Sport.Soccer Statistics Foundation (RSSSF). 22 October 2009. 28 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
  4. ↑ "75th Anniversary to the European Cup (1974-1992)" (ingilis). Barselona FK. 4 dekabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
  5. ↑ "Barca boss Gaspart steps down immediately" (ingilis). CNN. 12 fevral 2003. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
  6. ↑ "Presidency of Eric Reyna" (ingilis). Barselona FK. 30 iyul 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
  7. ↑ "Kings, queens and a young prince" (ingilis). Fédération Internationale de Football Association (FIFA). 23 dekabr 2009. 31 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
  8. ↑ "Profile of Josep Maria Bartomeu, FC Barcelona president" (ingilis). Barselona FK. 17 iyul 2015. 23 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
  9. ↑ Barselona FK [FCBarcelona]. "With 100% of the count completed: Bartomeu 54.63% (25,823); Laporta 33.03% (15,615); Benedito 7.16% (3,386); Freixa 3.70% (1,750)" (Tweet) (ingilis). 19 iyul 2015. 24 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
  10. ↑ "New Barcelona president Joan Laporta pays tribute to Johan Cruyff and Lionel Messi". Football Espana. 7 mart 2021. 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.
  11. ↑ "Presidents" (PDF) (ingilis). Barselona FK. 18 September 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
  12. ↑ "Managing Commission (2006)" (ingilis). FK Barselona. 6 sentyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
  13. ↑ "Managing Commission (2006)" (ingilis). FK Barselona. 6 sentyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.

Xarici keçidlər

redaktə
  • "List of all Presidents" (ingilis). Barselona FK. 4 sentyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Barselona_FK_prezidentlərinin_siyahısı&oldid=7281968"
LOVE.AZ