. Love.az

Bataqliq Sunergizi - Wikipedia - Love.az

Ana Səhifə - Bataqliq Sunergizi

Bataqlıq sunərgizi (lat. Caltha palustris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin sunərgizi cinsinə aid bitki növü.

Bataqlıq sunərgizi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Dəstə:
Qaymaqçiçəklilər
Fəsilə:
Qaymaqçiçəyikimilər
Yarımfəsilə:
Qaymaqçiçəyikimilər
Triba:
Sunərgizikimilər
Cins:
Sunərgizi
Növ:
Bataqlıq sunərgizi
Beynəlxalq elmi adı
  • Caltha palustris L., 1753[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  18454
NCBI  3449
EOL  596646

Mündəricat

  • 1 Botaniki təsviri
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması
  • 4 Sinonimləri
    • 4.1 Homotipik sinonimləri
  • 5 Yarımnövləri
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Botaniki təsviri

redaktə

30–50 sm hündürlüyündə, naqiləbənzər, uzunsov kökümsovlu, çoxillik, zəhərli ot bitkisidir. Gövdəsi düz, dik qalxan, sadə və ya yuxarıdan budaqlanır. Aşağı yarpaqları uzun saplaqlı, yuxarı yarpaqlar demək olar ki oturaq, ürəkvari-yuvarlaq və ya böyrəkvari formalı olub, kənarları boyunca mişardişli və ya bütövdür. Çiçəklər iri, qızılı-sarı rəngli, 5 ləçəklidir. Dişiciyin sütuncuqları arxaya əyişmiş, 1–1,5 mm uzunluğundadır. Meyvə qatları iri, adətən burulmuş buruncuqludur. Toxumlar uzunsov və qara rənglidir.[2]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləmə və meyvələməsi aprel-iyun aylarında gedir. Bataqlıqlarda və bataqlıqların kənarlarında rast gəlinir. Hiqromezofit. İşıqsevəndir.

Yayılması

redaktə

Dünyada: Əfqanıstan, ABŞ, Albaniya, Avstriya, Baltikyanı ölkələr, Belarus, Belçika, Bolqarıstan, Rusiya, Çin, Çita, Çexiya, Slovakiya, Danimarka, Himalay, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İslandiya, Monqolustan, İran, İraq, İrlandiya, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Krım, Kuril Adaları, Labrador, Nepal, Niderland, Şimali Qafqaz, Norveç, Pakistan, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, İsveçrə, Tibet, Türkiyə, Ukrayna, Yuqoslaviya və s. çox geniş yayılmışdır. Azərbaycanda: Kiçik Qafqazın bütün rayonlarında qeydə alınır.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Caltha palustris var. normalis Hook.f. & Thomson
  • Caltha palustris var. typica Beck
  • Populago palustris (L.) Scop.
  • Trollius palustris (L.) D.Brândză
 
Caltha palustris

Yarımnövləri

redaktə
  • Caltha palustris var. barthei Hance
  • Caltha palustris var. himalaica Tamura
  • Caltha palustris var. palustris
  • Caltha palustris var. umbrosa Diels

İstinadlar

redaktə
  1. ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 558.
  2. ↑ Əsgərov A. M. Azərbaycanın bitki aləmi (Ali bitkilər-Embryophyta). Bakı, TEAS Press Nəşriyyat evi, 2016, 444 s.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bataqlıq_sunərgizi&oldid=7909176"
LOVE.AZ