Batmış atom sualtı qayıqlarının siyahısı — müxtəlif səbəblərdən batmış atom sualtı qayıqlarının siyahısı. Siyahıda bu və ya digər səbəblərdən batmış atom sualtı gəmiləri göstərilmişdir. 1955–2017-ci illər ərzində ümumilikdə 8 atom sualtı gəmisi batmışdır ki, onlardan da 4-ü sovet, 2-si rus, 2-si amerikan atom sualtı gəmiləridir. Bütün gəmilər müxtəlif qəzalar səbəbindən batmışlar: 3 gəmi texniki nasazlıq səbəbindən, 2 gəmi yanğın səbəbindən, 2 gəmi silahların partlaması səbəbindən, 1 gəminin isə batma səbəbi məlum deyil. Nüvə reaktorunda baş vermiş nasazlıq səbəbindən yalnız K-27 gəmisində texniki problem baş vermişdir, baxmayaraq ki, gəmi zədə almamışdı, təhlükəsizlik baxımından gəminin özü batırılmışdır. K-141 "Kursk" gəmisi 2001-ci ildə quruya çıxarılmış, digər 7 batmış gəmi isə hələ də dənizin dibindədir. Siyahıya batmış və göyərtəsində nüvə silahı olan K-129 gəmisi daxil deyil.
Rənglərin izahı
Batma səbəbi — Silah sistemlərində qəza. |
Batma səbəbi — Texniki problemlər. |
Batma səbəbi — Yanğın. |
Siyahı gəmilərin batma tarixlərinə uyğun şəkildə yazılıb. Cədvəldə gəmilərin model formada şəkilləri, ölçüləri, layihə növü və adı, gəmidə işləyənlərin sayı göstərilmişdir. Cədvəldə gəmilərin batma səbəbləri və yaxud gəmilərin batmasına səbəb olan texniki nasazlıqlar da göstərilib. Gəminin batmasına dair mövcud olan bütün fikirlər və eləcə də rəsmi səbəblər qeyd olunub.
Adı | Batma tarixi | Xüsusiyyəti | Batma yeri | Həlak olanlar (xilas olanlar) | Batma səbəbi | Batma dərinliyi |
---|---|---|---|---|---|---|
Thresher ABŞ USS Thresher (SSN-593) |
1963041010 aprel 1963 | 04300
4300 ton, 112 şəxs |
1Şimali Atlantik, Bostondan 220 mil qərbdə.[1]. 41°46′ şm. e. 65°03′ q. u.HGYO | 129129 | 3Gəmi korpusunun bütövlüyünün itirilməsi, daxilə dəniz suyunun daxil olması.[1]. | 25602560 metr |
Scorpion ABŞ USS Scorpion (SSN-589) |
1968052222 may 1968 | 03500
3500 ton, 99 şəxs |
3Mərkəzi Atlantik ərazisi. Azor adalarından 400 mil cənub-qərbdə.[2]. Dəqiq koordinatları təsnifatlandırılmamışdır.[3]. | 099 99 | 0Gəminin batma səbəbi məlum deyil.[2]. Ehtimal olunur ki, "Mark-35" sualtı raketinin partlaması baş verib.[2]. | 30003000 metr |
К-008 SSRİ К-8 |
1970041212 aprel 1970 | 04750
4750 ton, 104 şəxs |
4Biskay körfəzi ərazisi. İspaniya sahillərindən 490 mil şimal-qərbdə. | 052 52 | 1Gəminin üçüncü və yeddinci bölməsində qısa qapanma baş verib.[4]. | 46804680 metr |
К-027 SSRİ K-27 |
19810910 Qəza 1968-ci ilin 24 may tarixində baş verib. Batma tarixi isə 1981-ci ilin 10 sentyabr tarixidir.[5] | 04370
4370 ton, 105 şəxs |
8Şimal Buzlu okeanı, Kara dəniz ərazisi. 72°31′27″ şm. e. 55°30′06″ ş. u.HGYO | 0049+0 | 3Sol bort reaktorunun istilik daşıyıcısının birinci konturunun tıxanması. | 007533 metr (digər mənbələrdə — 75 metr) |
K-219 SSRİ K-219 |
198610066 oktyabr 1986 | 11500
500 ton, 119 şəxs |
2Mərkəzi Atlantik. 31°25′ şm. e. 54°42′ q. u.HGYO | 0044[6] (115) | 26 nömrəli raket şaxtasına dəniz suyunun gəminin yuxarı hissəsindən daxil olması.[7]. | 55005500 metr |
К-278 SSRİ К-278 "Komsomolets" |
198904077 aprel 1989 | 08500
8500 ton, 60 şəxs |
5Norveç dənizi. 73°43′17″ şm. e. 13°15′51″ ş. u.HGYO[8] | 04242 (27) | 1Gəminin 7-ci bölməsində yanğının baş verməsi. Yanğın səbəbi məlum deyil.[8]. | 18581858 metr[8] |
К-141 Rusiya К-141 "Kursk" |
2000081212 avqust 2000 | 23860
860 ton, 130 şəxs |
7Barens dənizi. 69°40′ şm. e. 37°35′ ş. u.HGYO | 118118 | 2Gəminin 1-ci bölməsində partlayışın baş verməsi.[9]. Rəsmi açıqlama- Texniki səbəblərdən raketin partlaması.[10]. | 0108108 metr |
К-159 Rusiya К-159 | 2003083030 avqust 2003 | 04749
4750 ton, 104 şəxs |
6Barens dənizi, Kildin adası yaxınlığında[11], 69°22,64′ şm. e. 33°49,51′ ş. u.HGYO[12]. | 0099 (1)[11] | 3İstifadə yerinə buksirlə dartma zamanı burun hissədəki pontonların (qayıqların) ayrılması səbəbindən ləpəyə davamlılığın itməsi.[12]. | 0248248 metr[12] (digər mənbələrdə — 170 metr)[11] |
Atlantik okeanda batmış qayıqların yeri K-8 üçün dəqiq koordinatlar məlum deyil, təxmini göstərilir. |
Arktikada batmış qayıqların yeri |