. Love.az

Bayam Martin Adasi - Wikipedia - Love.az

Ana Səhifə - Bayam Martin Adasi

Bayam-Martin adası (ing. Byam Martin Island) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir.

Bayam-Martin adası
ing. Byam Martin Island
Ümumi məlumatlar
Sahəsi 1150 km²
Uzunluğu
  • 46 km
Eni 37 km
Hündür nöqtəsi 145 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
75°12′00″ şm. e. 104°15′00″ q. u.HGYO
Ölkə  Kanada
Vilayət
  • Nunavut
Akvatoriya
  • Şimal Buzlu okean
Bayam-Martin adası xəritədə
Bayam-Martin adası
Bayam-Martin adası

Coğrafiya

redaktə

Adanın sahəsi 1150 km²-dir, Kraliça Yelezaveta adaları arasında ərazisinə görə 17-ci yerdədir[1]. Adanın maksimum uzunluğu 46 kilometr, eni isə 37 kilometrdir[2].

Bayam Martin adası Vaykaunt-Melvill boğazının şimalında yerləşir. 27 km qərbdə yerləşən Melvil adasından Bayam boğazı ilə, 35 km şimal-şərqdə yerləşən Barest adasından isə Ostin boğazı ilə ayrılır.

Tarix

redaktə

Ada 1819-cu ilin avqustunda ingilis dəniz səyyahı Uilyam Edvard Parri tərəfindən Atlantikadan Sakit Okeana Şimal-Qərb keçidini axtararkən ilk dəniz ekspedisiyası tərəfindən kəşf edilmiş və admiral Tomas Bayam Martinin (1773–1854) şərəfinə adlandırılmışdır[3].

İstinadlar

redaktə
  1. ↑ "Atlas of Canada. List of Islands". 2013-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-22.
  2. ↑ "Oceandots.com Byam Martin Island". 2010-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-22.
  3. ↑ "Parry first expedition". 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-22.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bayam-Martin_adası&oldid=6399616"
LOVE.AZ