. Love.az

Bayram Kurdexanli - Wikipedia - Love.az

Ana Səhifə - Bayram Kurdexanli

Bayram Kürdəxanılı (31 dekabr 1962, Bakı – 22 avqust 2017, Bakı) — azərbaycanlı meyxanaçı.

Bayram Kürdəxanılı
Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev
Ümumi məlumatlar
Doğum tarixi 31 dekabr 1962
Doğum yeri Kürdəxanı, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 22 avqust 2017 (54 yaşında)
Vəfat yeri Kürdəxanı, Bakı, Azərbaycan
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti meyxanaçı
Janr Meyxana

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Həbsi
  • 2 Ölümü
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1962-ci ilin dekabrın 31-ində Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib. Məşhur meyxanaları "Noldu sana"

İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazmışdır. Əsgərlikdən qabaq da şeir deyən Bayram, bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib.[1]

Həbsi

redaktə

2014-cü ilin iyul ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.[2]

Ölümü

redaktə

Bayram Kürdəxanılını avtomobil vuraraq öldürüb.[3] Hadisə 22 avqust 2017-ci il tarixində gecə vaxtı Kürdəxanı qəsəbəsində baş verib.[3] Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən, Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avtomobil onu vurub.[3] Nəticədə meyxana ustası ağır xəsarət alıb.[3] Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.[3]

Filmoqrafiya

redaktə
  • Gizlənpaç (film, 2016)

İstinadlar

redaktə
  1. ↑ "Çox yaşamayacaq deyə evlənmək istəmirdi... Yoldaşı kimi avtomobil qəzasında öldü – Məşhur meyxanaçının faciəvi həyatı". 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-30.
  2. ↑ "Bayram Kürdəxanlıya hökm oxundu". 2022-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-12.
  3. ↑ 1 2 3 4 5 Bayram Kürdəxanılını maşın vuraraq öldürdü Arxivləşdirilib 2017-12-18 at the Wayback Machine. qafqazinfo.az, 23.08.2017  (az.)

Xarici keçidlər

redaktə
  • Zalım fələk Bayramı aldı getdi… — Meyxanaçı AzTV-də işləyibmiş Arxivləşdirilib 2017-08-26 at the Wayback Machine
  • Bayram Kürdəxanılı: "…mövzu tapa bilmir, içir, narkoman olur" — MÜSAHİBƏ Arxivləşdirilib 2017-08-10 at the Wayback Machine
  • Çox yaşamayacaq deyə evlənmək istəmirdi… Yoldaşı kimi avtomobil qəzasında öldü – Məşhur meyxanaçının faciəvi həyatı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bayram_Kürdəxanılı&oldid=8052655"
LOVE.AZ