Bazarlıq təşvişi — fövqəladə hal baş verdikdə və ya baş verməsi gözlənildikdə; və ya yüksək qiymət artımı və ya defisit əvvəlcədən hiss edildikdə istehlakçıların eyni bir məhsulu tələbatdan artıq sayda, çox miqdarda alması.
Bazar çaxnaşması sürü psixologiyasının bir növüdür.[1] "Moda, keçici həvəs, səhm bazarında atılan addımlar, istehlak mallarının əldə edilməsi, alış-veriş xəstəliyi, məhsul ehtiyatlarının toplanması və bank çaxnaşması kimi kollektiv hərəkətlər"i araşdıran iqtisadi tədqiqatların geniş bir sahəsi olan istehlakçı davranışı nəzəriyyəsində maraq kəsb edən sahələrdən biridir.[2]
Bazar çaxnaşması qıtlıq riskinin real olub-olmamasından asılı olmayaraq əsl qıtlıqla nəticələnə bilər; axırıncı ssenari gözlənti effektinə nümunədir.[3]
Bazar çaxnaşması aşağıdakı hadisələrdən əvvəl, hadisələrin gedişində və ya bitdikdən sonra baş vermişdir: