. Love.az

Bestali Salyan - Wikipedia - Love.az

Ana Səhifə - Bestali Salyan
Bu adın digər istifadə formaları üçün bax: Beştalı.

Beştalı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.

Beştalı
39°34′ şm. e. 49°01′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Salyan rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Beştalı xəritədə
Beştalı
Beştalı

Mündəricat

  • 1 Tarixi
  • 2 Coğrafiyası və iqlimi
  • 3 Din
  • 4 İstinadlar

Tarixi

redaktə

Yerli əhali arasında Yaxa (sahil) Beştəli də adlandırılır. XIX əsrə aid sənədlərdə Ərəb Beştalu və ya Beştalu kimi qeydə alınan bu yaşayış məntəqəsinin Ərəb Balaoğlan və Ərəb Qardaşbəyli kəndlərinin camaatı tərəfindən salınması haqqında məlumat vardır. 1933-cü ildə Beştalı Salyan kimi qeydə alınmışdır. Oykonimin beş və talı ("tala" sözünün variantı) sözlərindən düzəldiyi və "beş tala" mənasını ifadə etdiyi ehtimal olunur. Türk dillərində tal və tala sözlərinin "düz", "kəndir", "qat, lay, mərtəbə" mənalarında işlənməsi də məlumdur.[1]

Coğrafiyası və iqlimi

redaktə

Kür çayının sağ sahilində düzənlikdə yerləşir. Çayın sahilində Tuğay meşəsi vardır. Qonşu kəndlər Cəngan və Kür Qaraqaşlı kəndləridir.

Din

redaktə

Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.[2]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.88.
  2. ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az  (az.)
Salyan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Beştalı_(Salyan)&oldid=7405327"
LOVE.AZ