. Love.az

Belcikali Mariya Kristina Iii Leopoldun Qizi - Wikipedia - Love.az

Ana Səhifə - Belcikali Mariya Kristina Iii Leopoldun Qizi

Belçikalı Mariya-Kristina Dafne Astrid Yelizaveta Leopoldina (fr. Marie-Christine Daphné Astrid Élisabeth Léopoldine de Belgique; 6 fevral 1951[1], Laken sarayı[d][1]) — Belçika kralı III Leopoldun ikinci evliliyindən doğulan qızı, Belçika şahzadəsi. Kralın gizli evliliyindən dünyaya gəlməsi səbəbilə, şahzadə titulu daşımasına baxmayaraq Belçika taxt-tacından məhrum edilmişdir.

Belçikalı Mariya-Kristina
Şəxsi məlumatlar
Doğum tarixi 6 fevral 1951(1951-02-06)[1] (74 yaş)
Doğum yeri
  • Laken sarayı[d], Brüssel, Belçika[1]
Fəaliyyəti əsilzadə, aktrisa
Atası III Leopold[1][2]
Anası Mariya Lilyan Bael[1][2]

6 fevral 1951-ci ildə Laykendə dünyaya gəldi. Atası Belçika kralı III Leopold, anası isə onun gizlicə evləndiyi ikinci xanımı Mariya Lilyan Baeldir. 8 martda keçirilən mərasimlə vəftiz edildi və ögey qardaşı olan Boduen vəftiz atası oldu. Valideynlərinin gizlicə evlənməsi səbəbilə Mariya-Kristina kralın rəsmi övladı olaraq qəbul edilsə də, Belçika taxt-tacından məhrum edildi. Ancaq doğulduğu il atası III Leopold taxtdan əl çəkdirildi və ögey qardaşı olan Boduen taxta çıxdı. 1960-cı ilədək ailəsiylə birlikdə Layken sarayında yaşadı. Ardından ailəsiylə birlikdə hökumət tərəfindən onlara təsis edilən bir digər malikanəyə köçürüldülər və Mariya-Kristina ilk təhsilinə burada başladı.

1981-ci ildə 3 aylıq bir təlimlə bağlı Kanadanın Toronto şəhərinə göndərildi. Ancaq sərbəst həyat tərziylə tanışan Mariya-Kristina Belçikaya dönmədi. Elə həmin il özündən 13 yaş böyük, dul bir pianist olan Paul Druker ilə evləndi. Cəmi 5 həftə sonra ayrılan cütlüyün boşanma prosesi 1985-ci ildə tamamlandı. Bütün bu illər ərzində vəftiz atası olan ögey qardaşı Boduenin göndərdiyi maddi dstəklə yaşadı. 1983-cü ildə atasının vəfatıyla Belçikaya qayıtsa da, cənazə mərasiminə qatılmadı. 28 sentyabr 1989-cu ildə əslən fransız olan restoran sahibi Jan-Paul Qorqueslə evləndi və Kaliforniyaya köçdü. Cütlüyün bu nigahdan övladı olmadı.

Ögey qardaşı Boduenin və anası Mariya Lilyan Baelin vəfatları səbəbilə dəvət edilsə də, Belçikaya qayıtmadı. 2005-ci ildə öz xatirələrini nəşr etdirdi və bu xatirələrində ailə üzvlərini, eləcə də anasını sərt bir dillə tənqid etdi. Eyni zamanda Belçikada monarxiyanın ləğv edilməsini tövsiyə etdi.

Mənbə

redaktə
  • Séguy, Philippe (2008-04-29). "Léa de Belgique: Il faut en finir avec le malheur". Point de Vue (in French): 18–21
  • "La Princesse Esmeralda de Belgique filme le Parc des Virunga - Parc National des Virunga"
  • "A wife loved by a king but not her people". The Sydney Morning Herald. 20 June 2002
  • "H R H Princess Liliane of Belgium". The Daily Telegraph. 10 June 2002
  • Geais, Pierrick (12 February 2021). "L'histoire d'amour du roi Léopold III qui a scandalisé la Belgique". Vanity Fair (in French)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Lundy D. R. Marie Christine de Belgique, Princesse de Belgique // The Peerage (ing.).
  2. ↑ 1 2 The Royal Family: History - King Leopold III.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Belçikalı_Mariya-Kristina_(III_Leopoldun_qızı)&oldid=7999845"
LOVE.AZ