. Love.az

Belqorod Knyazligi - Wikipedia - Love.az

Ana Səhifə - Belqorod Knyazligi


Belqorod knyazlığı (rus. Белгородское княжество; X—XIII əsrlər) — Rusiyanın feodal torpaqlara bölündüyü dövrdə mövcud olmuş qədim rus udel knyazlığı. Knyazlığın paytaxtı Belqorod-Kiyev olmuşdur — o vaxtlar şəhərin adı sadəcə Belqorod idi.

Vassal
Belqorod knyazlığı
rus. Белгородское княжество

Paytaxt Belqorod-Kiyev
Rəsmi dilləri Qədim rus dili
Din pravoslavlıq
İdarəetmə forması monarxiya

Mündəricat

  • 1 Tarixi
  • 2 Tanınmış knyazları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

991-ci ildə böyük knyaz Vladimir Svyatoslaviç İrpen çayının sahilində bir qalanın əsasını qoydu və onu Belqorod adlandırdı. Belqorod knyazlığı müstəqil deyildi, onun paytaxtı Kiyevə aparan yolda forpost rolunu oynayırdı. Belqorod Kiyev knyazlarının iqamətgahı, daxili çəkişmələr zamanı sığınacaq yeri idi. 1117-ci ildə Vladimir Monomax Belqoroda öz böyük oğlu Mstislavı rəhbər təyin edir[1].

1240-cı ildə Belqorod-Kiyev Monqolların Rusiyaya hücumu zamanı darmadağın edilir. Bundan sonra tarixi salnamələrdə nə knyazlığın, nə də şəhərin adı çəkilir. Bu gün Beloqorodka kəndinin yaxınlığında tarixi şəhərin xarabalıqları qalmışdır[1].

Tanınmış knyazları

redaktə
Ad[1] Hakimiyyət illəri[1]
Böyük Mstislav Vladimiroviç 1117—1125
Svyatoslav Olqoviç 1141—1146
Boris Yuryeviç 1149 —1150
Cəsur Mstislav Rostislaviç 1161—1161
Cəsur Mstislav Rostislaviç 1171—1173
Ryurik Rostislaviç 1173—1194
Qleb Svyatoslaviç 1205—1205
Yaşlı Mstislav Romanoviç 1206—1207

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Belqorod knyazlığı. Arxivləşdirilib 2017-10-23 at the Wayback Machine Dünyanın bütün monarxiyaları (rus.)

Xarici keçidlər

redaktə
  • Belqorod knyazlığı. (rus.) Rus zadəganlarının genealogiyası
  • http://www.allmonarchs.net/russia/other/belgorod-kievskiy.html Arxivləşdirilib 2017-10-23 at the Wayback Machine Dünyanın bütün monarxiyaları
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Belqorod_knyazlığı&oldid=7398371"
LOVE.AZ