Beringiya (rus. Берингия) – Rusiyanın Kamçatka diyarında və Çukotka Muxtar Dairəsində keçirilən xizək iti yarışı. İlk yarış 1990-cı ildə baş tutmuşdur. 1992-ci ildə baş tutmuş yarış ən uzun xizək iti yarışı kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür. Beringiya Kamçatkada rəsmi bayram kimi qeyd olunur.
Beringiya yarışı 1990-cı ilin aprelində Kamçatka xizək iti kimi yerli xizək iti ənənələrini qorumaq məqsədilə başlamışdır. İlk yarışda 8 komanda iştirak etmiş və yarış 260 kilometr davam etmişdir.[1][2][3] Növbəti ildəki yarış bu məsafə 1980 kilometr olmuşdur.[2] 1992-ci ildəki yarışda məsafə daha da uzadılmış və 2044 kilometr davam edən xizək iti yarışı baş tutmuşdur. Kamçatkanın Esso kəndində başlayan Çukotkanın Markova ərazisində başa çatan bu yarış ən uzun xizək iti yarışı kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür.[4]
Beringiya komandaları yarış boyunca müxtəlif çətinliklərlə üzləşirlər. Onlar Kamçatka və Çukotkanın dağlıq ərazilərindən keçirlər və sərt iqlim şəraitində yarışırlar. Temperatur −40 °C-yə qədər enə bilir.[1][5] Yarışın marşrutu və uzunluğu bir neçə dəfə dəyişdirilmişdir, lakin yarışın marşrutu həmişə Kamçatka yarımadasının kəndlərindən keçir. Bu kəndlərdə yarış münasibətilə şənliklər keçirilir.ref name=":1" />[1][3] 2010-cu ildə Beringiya Kamçatkanın rəsmi bayramı olmuşdur.[6][7] Kamçatkanın ucqar bölgələrində it xizəkçiliyi iqtisadiyyatda vacib yer tutur. Yarış zamanı qida, idman ləvazimatları, kitablar və məktəb ləvazimatları regionun ucqar bölgələrinə çatdırılır.[8][9][10]
Bir çox yarışçı müasir xizəklərdən istifadə etsə də, bəzi xizəkçilər "narta" adlı ənənəvi Sibir xizəyindən istifadə edir.[11] Kamçatka üslubunda olan və taxtadan hazırlanan narta ensiz, alçaq xizək növüdür. Bu xizək növü meşələrdən sürətli keçməyə imkan verir.[12] Narta ilə yarışı tamamlayan xizəkçilərə "Şimal ənənələrini şərəfləndirməyə" görə mükafat verilir.[11][13]