Beynəlxalq Azadlıq Cəbhəsi yaxud qısaca FID (Fr. Front international de décolonisation) 2024-cü il 17–18 iyul tarixlərində Bakı Təşəbbüs Qrupunun dəstəyi və Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı ilə yaradılmışdır.[1]
Beynəlxalq Azadlıq Cəbhəsi FID | |
---|---|
![]() | |
Növü | Beynəlxalq cəbhə |
Yaranma tarixi | 17-18 iyul 2024 |
Mərkəzi | Baie-Mahault, Qvadelupa |
Sədr | José Bwakanpech |
FID-in ilk dəfə Bakı şəhərində təsis edildiyi Qurultayda Fransa və Niderlandın müstəmləkə siyasətindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib, Antil adalar qrupu, Boneyra və Sen-Martindən olan 17-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının nümayəndələri iştirak etmişdir.[2]
18 iyul 2024-cü il — Bakıda baş tutan Qurultayın ikinci günü müstəmləkəçilikdən xilas olmaq məqsədilə yaradılan Beynəlxalq Azadlıq Cəbhəsi yaxud qısaca FID (Fr. Front international de décolonisation) kolonial siyasətdən əziyyət çəkən qüvvələrin səylərinin birləşdirilməsi istiqamətində ilk addım idi.[3]
Son Fransız Koloniyalarının Vətənpərvər Siyasi Təşkilatlarının Konqresinin Yekun Bəyannaməsi 2024-cü il iyulun 18-də Bakı şəhərində aşağıdakı vətənpərvər siyasi təşkilatlarının nümayəndələri tərəfindən imzalanıb:
Baş katib: Jan-Jakob Bisep (Jean-Jacob Bicep)
Prezident: Xose Jan Pyer (Xose Jean-Pierre)
Fəxri prezident: Lük Renet (Luc Reinette)
Baş katib: Feliks Flemin
Prezident: Jakelin Defonten (Jacqueline Desfontaines)
Baş komissarın müavini: Jak David Vanabo
Xarici Əlaqələr üzrə Daimi Katib: Mikael Forrest
Prezident: Maria Isabella Saliga Lutovika
Baş katibi: Viktor Maamaatuaiahutapu
Beynəlxalq komissiyanın sədri: Jan Mark Rodriges
Mətbuat katibi: Aleks Qranvil (Alex Granville)
Prezidentinin baş müşaviri: Muriel Danıel
Partiyası Komitəsinin üzvü: Silvani Kurton (Sylviane Curton)
Hərəkatının Siyasi Bürosunun üzvü: Sindi Pollüks (Cindy Polluks)
Prezidenti: Davika Jasmine Bıssessar
Prezident: Ceyms Fines (James Fınıes)
Prezident: Roda Arindel (Rhoda Arrindell)
2025-ci il 23–24 yanvar tarixlərində Kanakinin Numea şəhərində Beynəlxalq Azadlıq Cəbhəsinin növbəti qurultayı keçirilmişdir.[7]
Qurultay iştirakçıları:
Fransanın dənizaşırı ərazilərindən
Martinikanın Müstəqillik və Sosializm Uğrunda Kommunist Partiyası (PKLS) və Niderlandın iki kiçik ada ölkələrinin təşkilatları,
Nəticədə:
Bəyannamədə:
Fransa koloniyalarının azadlıq mücadiləsində ötən ildən etibarən Azərbaycan bayrağı müşahidə olunur. BTQ-nin israrlı fəaliyyəti və azadlıq hərəkatlarına hüquqi dəstək platforması koloniyalarda Azərbaycan bayrağına xüsusi rəğbət formalaşdırmış və mütəmadi olaraq siyasi aksiya və fəaliyyətlərdə Azərbaycan bayrağı digər azadlıq hərəkatları bayraqları ilə yanaşı qaldırılır. Son olaraq BAC-ın Kanakidəki Qurultayında da ölkəmizin bayrağı növbəti dəfə dalğalandırılmışdır.[8]