. Love.az

Beynelxalq Elm Surasi - Wikipedia - Love.az

Ana Səhifə - Beynelxalq Elm Surasi

Beynəlxalq Elm Şurası — elmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş beynəlxalq qeyri-hökumət təşkilat. Şuranın üzvləri milli elmi təşkilatlar və Beynəlxalq Riyaziyyat İttifaqı, Beynəlxalq Astronomiya İttifaqı və Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı kimi beynəlxalq elmi birliklərdir.[1]

Beynəlxalq Elm Şurası
Consejo Internacional de Uniones Científicas
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
  •  Fransa
Yaradılıb 1931
Bağlanıb 5 iyul 2018
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beynəlxalq Elm Şurası UNESKO-da müşahidəçidir.

Mündəricat

  • 1 Tarixi
  • 2 Maliyyələşdirməsi
  • 3 Missiya və prinsipləri
  • 4 Regional ofisləri
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Tarixi

redaktə

Şura 1931-ci ildə yaradılmışdır.

2018-ci ildə Beynəlxalq Sosial Elmlər Şurası ilə birləşdirildi. Bundan sonra A. T. İsmayılzadə Beynəlxalq Elmi Şuranın birinci baş katibi seçilmişdir.[2]

Maliyyələşdirməsi

redaktə

Şuranın əsas maliyyə gəlir mənbələri UNESKO-nun çərçivə müqavilələri, habelə BMT-nin qrantları və müqavilələridir.[1]

Missiya və prinsipləri

redaktə

Missiyası cəmiyyətin xeyrinə beynəlxalq elmi gücləndirmək, elm və cəmiyyət üçün əhəmiyyət kəsb edən əsas problemləri müəyyənləşdirib həll etmək, bütün fənnlər üzrə və bütün ölkələrdən olan alimlər arasında qarşılıqlı əlaqəni asanlaşdırmaq, həmçinin irqindən, vətəndaşlığından, dilindən, siyasi mövqeyindən və cinsindən asılı olmayaraq bütün alimlərin beynəlxalq elmi işlərdə iştirakını təşviq etmək, elmi ictimaiyyət və hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektor arasında konstruktiv dialoqu stimullaşdırmaq üçün müstəqil, nüfuzlu məsləhətlər verməyi təmin etməkdir.[3]

Fəaliyyətləri üç sahəyə yönəldilib:

  • Beynəlxalq Tədqiqat əməkdaşlığı
  • Siyasi elmlər
  • Elm universallığı

Regional ofisləri

redaktə

Afrikada (Pretoriyada), Malaziyada (Kuala-Lumpurda), Latın Amerikasında və Şimali Amerikada (El Salvadorda) regional bölmələri var.

İstinadlar

redaktə
  1. ↑ 1 2 "ICSU.org". 1998-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-24.
  2. ↑ "Arxivlənmiş surət". 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-13.
  3. ↑ ISC's About Us web page Arxiv surəti 27 mart 2019 tarixindən Wayback Machine saytında, updated on 14 December 2011

Xarici keçidlər

redaktə
  Vikianbarda Beynəlxalq Elm Şurası ilə əlaqəli mediafayllar var.
  • council.science — rəsmi saytı
  • ICSU
  • ICSU Arxivləşdirilib 23 oktyabr 2013 at the Wayback Machine at United Nations
  • Международный совет по науке
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Beynəlxalq_Elm_Şurası&oldid=8081304"
LOVE.AZ