Beynəlxalq Tibb Tarixi Cəmiyyəti (BTTC) — maddi maraq güdməyən beynəlxalq təşkilatdır. Məqsədi tibb tarixini araşdırmaq, o cümlədən beynəlxalq elmi konfranslar təşkil etməkdir. Cəmiyyət dünyanın 50 ölkəsində fəaliyyət göstərir. Onun 38 ölkədə nümayəndəlikləri və 800 yaxın üzvü var. Cəmiyyət üzvlərinin arasında həm tarixçilər, həm də həkimlər mövcuddur.
İki ildən bir cəmiyyət beynəlxalq kongreslər keçirir[1][2] Bu iki il arasında həm cəmiyyətin özü, həm də onun müxtəlif ölkələrdə olan milli nümayəndəlikləri tibb tarixinin ayrıca məsələlərinə aid beynəlxalq və milli konfranslar keçirirlər. Belə ki, 2005-ci ildə BTTC-nin dəstəyi ilə Bakıda tibb tarixinə aid ilk elmi konfrans keçirilmişdir — "Azərbaycanda Tibb Elminin Tarixi Problemləri" I Respublika Konfransı, Bakı, 1 – 2 fevral 2005 il). BTTC-nin vitse-prezidenti Gary Ferngrenin Konfransın təşkilatçısı və BTTC-də Azərbaycanın nümayəndəsi[3] Fərid Ələkbərliyə göndərdiryi təbrik məktubu Konfransın məruzələr toplusunda dərc edilmişdi[4].
BTTC ildə iki dəfə Vesalius — Acta Internationalia Historiae Medicinae adlı beynəlxalq elmi jurnal nəşr edir.[5] Jurnalda cəmiyyətin təşkil etdiyi konfranslardan məruzələr və başqa elmi materiallar dərc olunur.[6]