. Love.az

Bianka Kapello Toskana Hersoqinasi - Wikipedia - Love.az

Ana Səhifə - Bianka Kapello Toskana Hersoqinasi

Bianka Kapello (it. Bianca Cappello; 1548[1], Venesiya[2] – 20 oktyabr 1587[2][3][…], Florensiya) — Böyük Toskana hersoginası.

Bianka Kapello
it. Bianca Cappello
Böyük Toskana hersoginası
12 iyun 1579 – 20 oktyabr 1587
ƏvvəlkiAvstriyalı İoanna
SonrakıLorreynli Kristina
Şəxsi məlumatlar
Doğum tarixi 1548[1]
Doğum yeri
  • Venesiya, Venesiya Respublikası[2]
Vəfat tarixi 20 oktyabr 1587(1587-10-20)[2][3][…]
Vəfat yeri
  • Florensiya, Böyük Toskana hersoqluğu, İtaliya
Vəfat səbəbi zəhərlənmə
Fəaliyyəti əsilzadə
Həyat yoldaşları
  • I Françesko Mediçi (Toskana hersoqu) (1578–1587)[4]
Uşaqları birinci evliliyindən:
Virginia Pellegrina Bonaventuri
ikinci evliliyindən:
Antonio Mediçi
Ailəsi Mediçilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əslən Venesiyanın əsilzadə ailəsinə mənsub olan Bianka Kapello 28 noyabr 1563-cü ildə Florensiyalı bir məmurla orada evləndi və bu nigahdan bir qızı dünyaya gəldi. Ancaq qısa zamanda Bianka Florensiya hersoqu I Kozimonun böyük oğlu və varisi Françeskonu başdan çıxardı. Üstəlik varis evli idi və övladları vardı.

Buna baxmayaraq ərinə sarayda bir iş verildi və külli miqdarda hədiyyələr aldı. Əri 1572-ci ildə Florensiya küçələrindən birində bıçaqlanaraq müəmmalı şəkildə öldürüldü. Nəhayət, 1574-cü ildə I Kozimo vəfat etdi və Françesko taxta çıxdı. İlk iş olaraq ailəsini saraya köçürdü. Məşuqəsi olan Bianka Kapellonu isə saraya yaxın bir malikanəyə köçürdü.

Hersoqun öz xanımından oğul övladı yox idi. Biankanın arzusu isə nigahdan kənar da olsa, hersoqa bir oğul varis dünyaya gətirmək idi. 1576-cı ildə bir oğul övladı dünyaya gətirdi. Ancaq o əsnada hersoqun xanımı Hersogina İohanna da hamilə idi və Françesko bu səbəblə nigahdan kənar doğulan övladını qəbul etmədi. Çox keçmədən bir neçə ay sonra hersoqun öz xanımından bir oğlu dünyaya gəldi. Beləcə, Bianka Kapello hersoqun məşuqəsi olmaqdan daha irəli gedə bilmədi.

Ancaq 1578-ci ildə hersoqun xanımı Avstriyalı İohanna doğuş əsnasında vəfat etdi. Bir neçə ay sonra I Françesko Bianka Kapello ilə gizlicə evləndi. Cütlüyün evlənmə xəbəri isə 10 iyun 1579-cu ildə ictimaiyyətə duyuruldu. İki gün sonra Florensiyada keçirilən tacqoyma mərasimi ilə Böyük Toskana hersoginası elan edildi. Hersoqdan dünyaya gətirdiyi oğluna Mediçi soyadı verilsə də, taxt hüququndan məhrum edildi. Ancaq 1582-ci ildə hersoqun yeganə oğul varisi olan Filippo vəfat etdi və varissiz qalan I Françesko dərhal vərasət məsələsini gündəmə gətirdi. Bianka Kapellodan dünyaya gələn nigahdan kənar oğlunu rəsmi varis elan etdi.

Ancaq Bianka Kapello və I Françesko bir gün arayla Pocco a Kayanoda vəfat etdilər. Ölüm səbəbi isə malyariya və ya zəhərlənmə olaraq qeydə alındı.

Mənbə

redaktə
  • James Chater, "Bianca Cappello and Music", in Renaissance Studies in Honor of Craig Hugh Smyth (Florence, 1985), vol. i, 569–79
  • Samuele Romanin, Lezioni di storia Veneta, vol. ii (Florence, 1875)
  • G. E. Saltini, Tragedie Medicee domestiche (Florence, 1898)
  • Saltini, Della morte di Francesco de' Medici e di Bianca Cappello (Florence, 1863)
  • Elizabeth Clementine Stedman, Bianca Capello, A Tragedy (1873)
  • Steegman, Bianca Cappello (Baltimore, 1913)
  • Rosina Wheeler Bulwer-Lytton Lytton (2010) Bianca Cappello: An Historical Romance Nabu Press ISBN 978-1144883667

İstinadlar

redaktə
  1. ↑ 1 2 Caro G. D., autori vari BIANCA Capello, granduchessa di Toscana // Dizionario Biografico degli Italiani (it.). 1968. Vol. 10.
  2. ↑ 1 2 3 4 Bianca Capello // Encyclopædia Britannica (ing.).
  3. ↑ 1 2 Bibliothèque nationale de France Bianca Cappello // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. ↑ 1 2 Kindred Britain.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bianka_Kapello_(Toskana_hersoqinası)&oldid=8115182"
LOVE.AZ