. Love.az

Bibiheybet Buxtasi - Wikipedia - Love.az

Ana Səhifə - Bibiheybet Buxtasi

Bibiheybət buxtası — Azərbaycanda buxta. Böyük Bakı ərazisində, ölkənin şərq hissəsində, ölkənin paytaxtı Bakıdan 9 km cənub-qərbdə yerləşir.[2]

Bibiheybət buxtası
Yerləşməsi
40°18′29″ şm. e. 49°49′43″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan[1]
Bibiheybət buxtası xəritədə
Bibiheybət buxtası
Bibiheybət buxtası

Tarixi

redaktə

Dünyanın ilk neft quyusunun Bibiheybət ərazisində qazılması nəticəsində, neft qurğuları burada digər yerlərə nisbətən daha tez qurulmuşdur. Dənizin dibindən neft çıxarmaq məqsədilə buxtanın qurudulması zərurəti yaranmışdır. 1901-ci ildə Bibiheybət buxtasını qurutmaq qərarı qəbul edilmişdir. 1910–1911-ci illərdə bu məqsədlə yaradılmış mühəndis qrupu fəaliyyət göstərirdi və polşalı mühəndis Pavel Nikolayeviç Pototski buxtanın doldurulmasına rəhbərlik edirdi. 1911-ci ildə buxtanın yarıdan çoxu qurudulmuşdu, lakin sonrakı işlər dayandırılmış və unudulmuşdur. Sovet hakimiyyəti Azərbaycanda qurulduqdan sonra layihə bərpa edilmişdir. 1918-ci ilə qədər buxta sahəsinin yalnız yarısı doldurulmuş və ümumi işin 70%-i tamamlanmışdır. 1920-ci ildə Sovet Azərbaycanında buxtanın qurudulması işləri davam etdirilmişdir. 18 fevral 1923-cü ildə 17 saylı qurğuda 460 metr dərinlikdən neft fontanı vurulmuşdur. Bu hadisə Xəzərin dibindəki neft yataqlarının kəşf edilməsinə başlanğıc vermişdir.[3]

2016-cı ildə Bibiheybət qəsəbəsində Səbail Rayon İcra Hakimiyyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə "Ekoloji park" layihəsinin həyata keçirilməsi işlərinə başlamışdılar. Burada məqsədlərdən biri Bibiheybət buxtasında ekoloji təmizliyi, gələcəkdə burada sağlam zonaların yaradılması prosesinə töhfə vermək olmuşdur.[4] 2021-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ifadələrinə əsasən, Azərbaycanda neftlə ən çox çirklənmiş ərazi Bibiheybət buxtası olmuşdur və o, ərazini "ekoloji fəlakət" adlandırmışdır. O, vurğulamışdır ki, hazırkı dövrdə Bibiheybət buxtası parklar və istirahət zonalarına çevrilmişdir.[5]

Coğrafiyası

redaktə

İqlimi mülayimdir. Orta temperatur 14 °C-dir. Ən isti ay 24 °C ilə iyuldur, ən soyuq ay isə 4 °C ilə fevraldır.[6] Orta hesabla ildə 477 millimetr yağıntı düşür. Ən yağışlı ay 83 millimetr yağıntı ilə noyabr, ən quraq ay isə 6 millimetr ilə avqustdur.[7]

İstinadlar

redaktə
  1. ↑ 1 2 GEOnet Names Server. 2018.
  2. ↑ "GeoNames.org". www.geonames.org.
  3. ↑ "Bibiheybət buxtası - FOTOLAR". Seanews.az.
  4. ↑ "Bibiheybət qəsəbəsindəki "Şıx" yamacında "Ekoloji park" yaradılır". ikisahil.az.
  5. ↑ Rzayeva, Məlahət. "Bakıətrafı qəsəbələr gözəlliyə qovuşur". Şərq. 21 aprel 2021. səh. 11 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
  6. ↑ "Arxivlənmiş surət". 2020-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-24.
  7. ↑ "Arxivlənmiş surət". 2019-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-24.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bibiheybət_buxtası&oldid=8081397"
LOVE.AZ