Bidət — kəlimə mənası ilə sonradan ortaya çıxan, yenilik. İslam hüququna görə yeni birşey ortaya çıxarmaq qəbul edilən davranışlardan kənara çıxmaq dinin qəbul edilmiş inancları və ya dinin qanunları ilə kəskin şəkildə ziddiyyət təşkil edən hər hansı inanc və ya nəzəriyyə.[1][2] Bidətçi bidət tərəfdarıdır.[1]
Xristianlıqda, iudaizmdə və islamda bidət bəzən aforozdan tutmuş ölüm cəzasına qədər qınaqla qarşılanmışdır.[3]
Bidət dindən, prinsiplərdən və ya səbəblərdən açıq-aşkar imtina etmək olan mürtədlikdən fərqlidir.[4] Bidətşünaslıq bidəti öyrənən elmidir.