. Love.az

Bidar Qadinefendi - Wikipedia - Love.az

Ana Səhifə - Bidar Qadinefendi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Bidar Qadınəfəndi (5 may 1858, Qafqaz – 1 yanvar 1918, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin dördüncü xanımı.

Bidar Qadınəfəndi
بيدار كادينيفندي
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1858
Doğum yeri Abxaziya, Osmanlı imperiyası
Vəfat tarixi 1 yanvar 1918 (59 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri Yəhya Əfəndi məzarlığı
Fəaliyyəti əsilzadə
Atası İbrahim bəy Talustan
Anası Şahika İffət xanım
Həyat yoldaşı II Əbdülhəmid
Uşaqları Naimə Sultan
Mehmed Əbdülqadir Əfəndi
Dini Sünni, İslam

Həyatı

redaktə

Bidar xanım 5 may 1858-ci ildə Osmanlı tabeliyindəki Abxaziyada dünyaya gəlmişdir. Kabardalılar ailəsinə mənsub olub, atası İbrahim bəy Talustan, anası isə əslən gürcü olan Şahika İffət xanımdır. Yaşıl gözlü, uzun qəhhvəyi saçları olan Bidar xanımın özündən yaşca kiçik 2 qardaşı (Hüseyn Paşa və Mehmed Ziya Paşa) da sarayda Sultan Əbdülhəmidə xidmət edirdi. Kiçik yaşlarında Osmanlı sarayına təslim edilmişdir. 17 yaşında ikən 2 sentyabr 1875-ci ildə Ulduz sarayında Sultan Əbdülhəmidlə evləndi.

Taxtdan endirilməsinin ardından əriylə birlikdə 1909-cu ildə sürgünə getdi. Salonikidə Alatini köşkündə yaşayan Bidar xanımın gözəlliyi Avropa saraylarında danışılırdı. Daha sonra isə yenə Sultan Əbdülhəmidlə birlikdə Bəylərbəyi sarayına gətirildi. Ərinin ölümündən aylar öncə 1 yanvar 1918-ci ildə vəfat etdi və Yəhya Əfəndi məzarlığına dəfn olundu.

Övladları

redaktə
  • Fatma Naimə Sultan
  • Şahzadə Mehmed Əbdülqadir Əfəndi

Mənbə

redaktə
  • https://books.google.com/books?qGAtAQAAIAAJ
  • http://freepages.genealogy.rootsweb.com/~royalty/turkey/persons.htmlArxivləşdirilib 2014-02-09 at the Wayback Machine
  • https://books.google.com/books?id=HuZTefumFSQC
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bidar_Qadınəfəndi&oldid=6907428"
LOVE.AZ