. Love.az

Bileceri - Wikipedia - Love.az

Ana Səhifə - Bileceri

Biləcəri — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati-ərazi vahidində iri şəhər tipli qəsəbə.

Biləcəri
Biləcəri 2013-cü ildə
Biləcəri 2013-cü ildə
40°25′53″ şm. e. 49°48′29″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Binəqədi rayonu
Bələdiyyə başçısı Ehtibar Cabbarov
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 25 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Biləcəri xəritədə
Biləcəri
Biləcəri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Əhalisi
    • 2.1 Tanınmış şəxsləri
  • 3 İqtisadiyyatı
  • 4 İstinadlar
  • 5 Mənbə
  • 6 Həmçinin bax

Tarixi

redaktə

Biləcəri qəsəbəsi Binəqədi rayonunun inzibati ərazisinə daxil olan, rayon mərkəzindən 4,5 km aralıda, Abşeron yarımadasının qərbində yerləşən qədim yaşayış məntəqəsidir.[1] 1936-cı ildən Şəhərə ən yaxın kənd olduğu üçün "qəsəbə" statusu verilmişdir. Tarixi mənbələrin məlumatına əsaslanan tədqiqatçılara görə, yaşayış məntəqəsinin etnotoponim olub, türkdilli xəzərlərin Bələncər tayfasının adını əks etdirir. Bələncərlərin Azərbaycana miqrasiyası Sasani şahı I Xosrov Ənuşirəvanın (531–579) Azərbaycana köçürdüyü xəzərlərlə və VIII əsrin əvvəllərində ərəb əmiri Cərrah ibn Abdullahın Xəzər ölkəsinə hücum edərək onun üç paytaxt şəhərindən Arana xeyli əhali köçürməsi ilə əlaqələndirilir. Yaşayış məntəqəsinin coğrafi mövqeyinə əsaslanan digər tədqiqatçılar isə bu toponimi qədim türk dillərindəki belen (aşırım, alçaq dağ) və cər/cəri (sıldırım, yarğan) komponentlərinin birləşməsi kimi "Aşırımlı yarğan" mənasında izah edirlər. Başqa bir etimologiyaya görə "Biləcəri" sözü "hərbi şəhər" deməkdir.

Hal-hazırda 4 əsrə yaxın yaşı olan Biləcəri kəndinin məscidi II Şah Abbasın sərkərdəsi Biləcərili Ağabəyin oğlu Bəylərbəyi əmir Murad Xan tərəfindən tikdirilmişdir. Bəylərbəyilik çox zaman irsi idarəçilik hüququna malik idi.

Akademik Tofiq Hacıyevin fikrincə Bilə (bala "kiçik") + cər (yer) birləşməsindən yaranmışdır. C->y əvəzlənməsi çox qədim türk dilində olmuş fonetik hadisədir. M. Kaşğarlı da qeyd edir ki, yabqu-cabqu şəklində də deyilir.

Biləcəri qəsəbəsi ərazisində 20 yanvar şəhidlərinin xatirəsinə "Güllə yağışı" abidə kompleksi (heykəltaraş Azad Əliyev, 19 yanvar 2013), Milli Qəhrəmanlar abidə-kompleksi və 8 Milli Qəhrəmanın büstü kimi heykəltaraşlıq abidələri mövcuddur.[2]

Əhalisi

redaktə

Əhalisi əsasən azərbaycanlılardan ibarətdir.

Məşhur Bakı milyonçusu, neft maqnatı Ağamusa Nağıyev Biləcəridə anadan olmuşdur və onun qəbri və qəbirüstü abidəsi Biləcəri qəsəbəsində yerləşir.

Tanınmış şəxsləri

redaktə
  • Vüqar Biləcəri — meyxanaçı.
  • Əlixan Rəcəbov — aktyor, rejissor, ssenari müəllifi.[3]

İqtisadiyyatı

redaktə

Qafqazın ən böyük dəmir yolu qovşağı buradadır. Sovet dövründə Biləcəri, respublikanın sənaye mərkəzlərindən birinə çevrilmişdir.

Qəsəbə ərazisində ümumilikdə 12 sənaye və 6 müxtəlif təyinatlı müəssisə, o cümlədən, Zaqafqaziyada ən böyük çeşidləmə "Dəmiryol Stansiyası", "Lokomotiv Depo", "Yuyucu-Buxarlayıcı stansiya, "Vaqon Depo", "Zoologiya kombinatı", "Asfalt-Beton zavodu" fəaliyyət göstərir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "BİLƏCƏRİ QƏSƏBƏSİ" Arxivləşdirilib 2021-10-30 at the Wayback Machine. Binegedi-ih.gov.az
  2. ↑ "BİNƏQƏDİ RAYONU – qədim tarixi və memarlıq abidələri…" Arxivləşdirilib 2021-10-30 at the Wayback Machine Bineqedi.info
  3. ↑ olke.az. "Əlixan Rəcəbov: "Bir neçə il iş tapmaqda çətinlik çəkmişəm" - VİDEO". olke.az. İstifadə tarixi: 2025-05-27.

Mənbə

redaktə
  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cilddə. Bakı: 2007, I cild, səh.96.

Həmçinin bax

redaktə
  • Binəqədi
  • Ağa Musa Nağıyev
  Vikianbarda Biləcəri ilə əlaqəli mediafayllar var.
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Biləcəri&oldid=8151051"
LOVE.AZ