. Love.az

Bine Xocavar - Wikipedia - Love.az

Ana Səhifə - Bine Xocavar

Binə Xocavar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1]

Binə Xocavar
39°04′ şm. e. 48°39′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Masallı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Binə Xocavar xəritədə
Binə Xocavar
Binə Xocavar

Mündəricat

  • 1 Əhalisi
  • 2 Toponimiyası
  • 3 Tarixi
  • 4 İqtisadiyyatı
  • 5 Din
  • 6 İstinadlar

Əhalisi

redaktə

Əhalisi 1150 nəfərdir.[2]

Toponimiyası

redaktə

Yaşayış məntəqəsi keçmişdə Xocavar (indi mövcud deyil) kəndinin binə yeri olmuşdur. XIX əsrin axırlarında kəndin əhalisi binə yerində məskunlaşaraq yeni yaşayış məntəqəsinin əsasını qoymuşdur. Toponim "Xocavar kəndinə məxsus binə" mənasındadır.[3]

Tarixi

redaktə

XIX əsrin əvvəllərində qonşu Böyük Xocavar kəndindən qopan və kəndin indiki ərazisində özlərinə binə salan ailələrdən təşkil olunmuşdur. Kəndin adı Binə Xocavar da elə buradan götürülmüşdür. Sovet dönəmində bu kəndlər bir sovetlikdə, indi isə bir bir bələdiyyə ərazisində yerləşir.[mənbə göstərilməlidir]

İqtisadiyyatı

redaktə

Kənd əhalisi Sovetlər dönəmində əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. İndi isə əhalinin bir hissəsi kənd təsərrüfatı ilə, digər hissəsi isə kiçik sexlər səviyyəsində mebel istehsalı ilə məşğul olur.[mənbə göstərilməlidir]

Din

redaktə

Kənddə Binə Xocavar kənd məscidi dini icması fəaliyyət göstərir.[4]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. ↑ ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.
  4. ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Binə_Xocavar&oldid=8046633"
LOVE.AZ