Binə stadionu — Azərbaycanın Bakı şəhərinə daxil olan Xəzər rayonu Binə qəsəbəsində çoxistifadəli stadion. Bu, "Binə" FK -nın ev stadionudur. Stadion 600 nəfərlikdir, süni ot örtüklüdür və açılışı 2012-ci ildə istifadəyə verilmişdir.[1] Stadion Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FİFA standartları səviyyəsində tikilmişdir.[2] Stadion istismar müddətini 2024-cü ildə başa vurmuşdur. 2024-cü ildə hazırkı süni qazon yeni süni örtüklə əvəzlənəcək. İşlərə mayın sonları start verildi.[3] Təmir işləri həmin ilin oktyabr ayında başa çatdıqdan sonra Binə stadionunda I, II və Əvəzedicilər Liqasında çıxış edən komandalar məşqlərini və oyunlarını keçirirlər.[4]
Binə qəsəbə stadionu | |
---|---|
![]() | |
Tam adı | Binə qəsəbə stadionu |
Yeri |
![]() |
Tikilib | 2012 |
Açılış tarixi | 13 sentyabr 2012 |
Tamaşaçı tutumu | 600 |
Ev sahibi komanda | Baku Sportinq FK |
Ot örtüyü | Süni ot örtüyü |