. Love.az

Bineqedi Kerkedani - Wikipedia - Love.az

Ana Səhifə - Bineqedi Kerkedani

Binəqədi kərgədanı (lat. Rhinoceros binagadensis və ya lat. Dicerorhinus binagadensis) — Kərgədanlara aid nəsli kəsilmiş növ. Sonuncu buz dövründə yaşamışlar[1]. Qalıqlar ilk dəfə 1938-ci ildə Binəqədi qır gölündə aşkarlanmışdır. Göl Abşeron yarımadasında Binəqədi rayonunun cənub-şərqində yerləşir.

Binəqədi kərgədanı
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Binəqədi kərgədanı
Beynəlxalq elmi adı
  • Rhinoceros binagadensis
Vikianbarın loqotipi
Şəkil
axtarışı

Bu növ ilk dəfə ətraflı olaraq 1955-ci ildə Cəfərov tərəfindən araşdırılmış və qeydə alınmışdır[2][3]. Müasir kərgədanlarda olduğu kimi binəqədi kərgədanında iki buynuzu olmuşdur. Onların dişləri Asiya növlərindən fərqlənir və daha çox Afrika kərgədanına yaxındır[4].

2010-cu ildə kərgədanın skleti nümayiş məqsədi ilə Neapola aparılmış və Sitta dellaSienza müzeyində nümayiş etdirilmişdir[5].

  • Kərgədanın kəlləsi. Azərbaycan Tarix Muzeyi, Bakı.
    Kərgədanın kəlləsi. Azərbaycan Tarix Muzeyi, Bakı.
  • Binəqədi kərgədanının insana olan nisbəti.
    Binəqədi kərgədanının insana olan nisbəti.

Ədəbiyyat

redaktə
  • Р. Д. Джафаров. Новый представитель четвертичных носорогов бинагадинской фауны. — Бинагадинское мстонахождение четвертичной флоры и фауны: Издательство Академии Наук Азербайджанской ССР, 1955. — С. 54.
  • Р. Д. Джафаров. Бинагадинский носорог. — Издательство Академии Наук Азербайджанской ССР, 1960. — Т. 12. — 99 с.

İstinadlar

redaktə
  1. ↑ Р. Д. Джафаров. Новый представитель четвертичных носорогов бинагадинской фауны. — Бинагадинское местонахождение четвертичной флоры и фауны: Издательство Академии Наук Азербайджанской ССР, 1955. — С. 54.
  2. ↑ Rəhimbəy Cəfərov. Binəqədi kərgədanı. — Azərbaycan SSR Elmlər Akademiyası, 1960. — Т. 12. — 99 s
  3. ↑ "Muzeyin elmi araşdırması". Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun rərmi saytı. 2012-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-24.
  4. ↑ "Binəqədi faunası". 2009-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-24.
  5. ↑ "Binəqədi kərkədanı (Dicerorhinus binagadensis) (Cəfərov, 1955)". 2016-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-24.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Binəqədi_kərgədanı&oldid=7313773"
LOVE.AZ