. Love.az

Binamaz Ehmed Piri - Wikipedia - Love.az

Ana Səhifə - Binamaz Ehmed Piri

Binamaz Əhməd piri — Şərur rayonunun Dəmirçi kəndində ziyarətgah.

Vaxtilə pirin yerində dördkünc formalı, möhrədən tikilmiş bina olmuşdur. Hazırda bina bərpa olunmuş və daşdan tikilmişdir. İçərisində bir müsəlman qəbri vardır. Baş daşının üzərində kitabə yoxdur. Pirin içəri tərəfindəki divarlarda şam yandırmaq üçün taxçalar vardır. Bərpa zamanı pirin ön tərəfində əlavə bir bina tikilmişdir. Pirlə bağlı xalq arasında rəvayətlər vardır. Pirin ətrafından aşkar olunan keramika məmulatı və etnoqrafik materiallar onu XVI əsrə aid etməyə imkan verir.[1]

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Abidələri Ensiklopediyası
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Binamaz_Əhməd_piri&oldid=7177531"
LOVE.AZ