Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ya BMT-nin Nizamnaməsi — beynəlxalq hökumətlərarası təşkilat olan BMT-nin 1945-ci ildə imzalanmış təsis sənədi.[1] BMT Nizamnaməsi vətəndaşların əsas insan hüquqlarının qorunmasına dair öhdəliyi ifadə edərək, "daha yüksək yaşayış standartlarının olmasına yardım göstərmək", "iqtisadi, sosial, sağlamlıq və əlaqədar problemləri həll etmək" və "irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq hər kəsin hüquqlarına və fundamental azadlıqlarına universal hörmət və rifahı təmin etmək" kimi ali prinsipləri nəzərdə tutur.[2] Təsis sənədi olduğundan Nizamnamə bütün üzv dövlətlər üçün məcburidir. Həmçinin, Nizamnamənin 103-cü maddəsinə görə, onun hüquqi qüvvəsi bütün digər beynəlxalq müqavilələrin hüquqi qüvvəsindən üstündür.[1][3]
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi | |
---|---|
![]() BMT-nin Nizamnaməsi | |
Hazırlanma tarixi | 14 avqust 1941 |
İmzalanma tarixi | 26 iyun 1945 |
İmzalanma yeri |
San-Fransisko, Kaliforniya, ![]() |
Qüvvəyə minməsi | 24 oktyabr 1945 |
• şərtləri | Çin, Fransa, Sovet İttifaqı, Böyük Britaniya, ABŞ və digər imzalayan dövlətlərin əksəriyyəti tərəfindən ratifikasiya. |
Tərəflər | 193 |
Dilləri | yapon dili, ingilis dili, isveç dili, Çin dili, rus dili, fransız dili |
Veb-saytı | treaties.un.org/doc/Publ… |
Nizamnamə 26 iyun 1945-ci ildə imzalanmaq üçün açıq elan edilmişdir və elə həmin gün 51 həqiqi üzv dövlətin 50-si tərəfindən San-Fransiskoda, ABŞ-də imzalanmışdır (həqiqi üzv olan Polşa konfransda təmsil olunmamış və iki ay sonra sənədi imzalamışdır). Nizamnamə 24 oktyabr 1945-ci ildə müvafiq dövlətlər tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minmişdir. Həmin dövlətlərə BMT-nin Təhlükəsizlik Şurasının həqiqi beş daimi üzvü — Çin Respublikası (1949-cu ildən Çin Xalq Respublikası), Fransa Respublikasının Müvəqqəti Hökuməti (daha sonra onu Dördüncü və Beşinci Fransa Respublikası əvəz etmişdir), Sovet Sosialist Respublikaları İttifaqı (daha sonra Rusiya Federasiyası onu əvəz etmişdir), Böyük Britaniya, ABŞ və digər imzalayan dövlətlərin əksəriyyəti daxildir. Bu vaxt, Hiroşima və Naqasakinin atom bombardmanı müvafiq olaraq 6 və 9 avqustda reallaşdı; bu yeni silah müharibəsinin tətbiqi BMT Nizamnaməsinin elan edildiyi təhlükəsizlik mühitini tamamilə dəyişdi. Hazırda dünyanın əksər dövlətləri Nizamanməni ratifikasiya etmişdir.
Sonralar 24 oktyabr Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Birləşmiş Millətlər Təşkilatı Günü elan olunmuşdur.[4]
Nizamnamə preambuladan və maddələrin əks olunduğu fəsillərdən ibarətdir.[1]
Preambula iki əsas hissədən ibarətdir. Birinci hissədə sülhün və beynəlxalq təhlükəsizliyin qorunması və insan hüquqlarına hörmət edilməsi üçün ümumi çağırış əks olunub. Preambulanın ikinci hissəsi isə bəyan edir ki, BMT dövlətlərinin hökumətləri Nizamanməni qəbul etmişdir və bu, insan hüquqları ilə əlaqədar ilk beynəlxalq sənəddir.
Aşağıdakı fəsillər BMT qurumlarının səlahiyyətlərini müəyyən edir:
Preambulanın mətni aşağıdakı kimidir:[5][6] (Tərcümə Lətif Hüseynova məxsusdur)[7]
- BİZ, BİRLƏŞMİŞ MİLLƏTLƏRİN XALQLARI,
- gələcək nəsilləri, həyatımızda iki dəfə bəşəriyyətə sözlə deyilə bilməyən bəlalar gətirmiş müharibənin müsibətlərindən xilas etmək və
- əsas insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə, kişi və qadınların, böyük və kiçik millətlərin hüquq bərabərliyinə inamı yenidən təsdiq etmək və
- ədalətin və müqavilələrdən və beynəlxalq hüququn digər mənbələrindən irəli gələn öhdəliklərə hörmətin bərqərar ola bildiyi şərait yaratmaq və
- sosial tərəqqiyə və daha artıq azadlıq şəraitində daha yüksək yaşayış standartlarının olmasına yardım göstərmək,
- VƏ BU MƏQSƏDLƏRİ DƏ
- mehriban qonşular kimi səbirlilik nümayiş etdirmək və birlikdə, bir-biri ilə dinc yaşamaq və
- beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq üçün öz gücümüzü birləşdirmək və
- prinsiplər qəbul etmək və metodlar müəyyənləşdirməklə, silahlı qüvvələrin ümumi mənafedən başqa ayrı bir halda tətbiq olunmamasını təmin etmək və
- bütün xalqların iqtisadi və sosial tərəqqisinə yardım göstərmək üçün beynəlxalq mexanizmdən istifadə etmək
- ƏZMİNDƏ OLARAQ, BU MƏQSƏDLƏRƏ NAİL OLMAQ ÜÇÜN ÖZ SƏYLƏRİMİZİ BİRLƏŞDİRMƏK QƏRARINA GƏLDİK.
Buna uyğun olaraq, bizim müvafiq hökumətlərimiz. San-Fransisko şəhərində toplaşmış və özlərinin, yaxşı və lazımi formada olduğu müəyyən edilmiş səlahiyyətlərini təqdim etmiş nümayəndələr vasitəsilə. Birləşmiş Millətlərin hazırkı Nizamnaməsinə razılıq verdik və bununla Birləşmiş Millətlər adlanmalı olan beynəlxalq təşkilat yaradırıq.
Baxmayaraq ki, Preambula Nizamnamənin ayrılmaz tərkib hissəsidir, o, üzv dövlətlər üçün heç bir hüquq və vəzifə müəyyən etmir. Preambula Təşkilatın təsisçilərinin bəzi əsas məqsədlərini vurğulayaraq Nizamnamənin müddəaları üçün təsviri xarakter daşıyan bir təlimat rolunu oynayır.[8]
Birləşmiş Millətlər Təşkilatının aşağıdakı məqsədləri vardır:[1]
1-ci maddədə bəyan edilmiş məqsədlərə nail olmaq üçün Təşkilat və onun Üzvləri aşağıdakı prinsiplərə uyğun olaraq hərəkət edirlər:[1]
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin II Fəsli Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə aid məsələləri tənzim edir.
TƏRKİBİ
Maddə 23
FUNKSİYALARI VƏ SƏALHİYYƏTLƏRİ
Maddə 24
Maddə 25
Birləşmiş Millətlərin Üzvləri razılaşırlar ki, bu Nizamnaməyə uyğun olaraq Təhlükəsizlik Şurasının qərarlarına tabe olsunlar və onlan yerinə yetirsinlər.
Maddə 26
Dünyanın insan və iqtisadi resurslarını silah işi üçün on az miqdarda ayırmaqla, beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına və qorunub saxlanmasına dəstək vermək məqsədilə Təhlükəsizlik Şurası, 47-ci maddədə nəzərdə tutulmuş Hərbi Qərargah Komitəsinin köməyi ilə Birləşmiş Millətlərin Üzvlərinə təqdim olunmaq üçün silahlann nizama salınması sisteminin yaradılması üzrə planların tərtib edilməsinə görə məsuliyyət daşıyır.
SƏSVERMƏ
Maddə 27
PROSEDUR
Maddə 28
Maddə 29
Təhlükəsizlik Şurası öz funksiyalarını yerinə yetirmək üçün zəruri hesab etdiyi köməkçi orqanlar yarada bilər.
Maddə 30
Təhlükəsizlik Şurası, öz Sədrini seçmək qaydası da daxil olmaqla, özünün prosedur qaydalarını müəyyən edir.
Maddə 31
Təhlükəsizlik Şurasının üzvü olmayan hər hansı Təşkilat Üzvü Təhlükəsizlik Şurasına təqdim olunmuş istənilən məsələnin müzakirəsində səsvermə hüququ olmadan iştirak edə bilər; belə bir iştirak Təhlükəsizlik Şurasının, həmin Üzv dövlətin maraqlarına xüsusilə toxunulduğunu hesab etdiyi istənilən halda mümkündür.
Maddə 32
Təhlükəsizlik Şurasının üzvü olmayan hər hansı Təşkilat Üzvü və ya Təşkilatın Üzvü olmayan hər hansı dövlət. Təhlükəsizlik Şurasında baxılan mübahisənin tərəfi olduqda, bu mübahisəyə aid olan müzakirədə, səsvermə hüququ olmadan, iştirak etmək üçün dəvət olunur. Təhlükəsizlik Şurası, Təşkilatın Üzvü olmayan dövlətin iştirakı üçün ədalətli hesab etdiyi şərtlər müəyyən edir.
Bu Nizamnamə Çin Respublikası, Fransa, Sovet Sosialist Respublikaları İttifaqı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Amerika Birləşmiş Ştatları və Nizamnaməni imzalamış digər dövlətlərin əksər hissəsi tərəfindən ratifikasiya sənədləri saxlanmağa verildikdən sonra qüvvəyə minir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |