. Love.az

Bitler - Wikipedia - Love.az

Ana Səhifə - Bitler

Anoplura (lat. Anoplura) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan fəsiləüstü.

Bitlər
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
Klad:
Pancrustacea
Yarımtip:
Altıayaqlılar
Sinif:
Həşəratlar
Ranqsız:
Dicondylia
Yarımsinif:
Qanadlılar
Budaq:
Metapterygota
İnfrasinif:
Yeniqanadlılar
Ranqsız:
Eumetabola
Ranqsız:
Paraneopteralar
Dəstə:
Psocodea
Yarımdəstə:
Troctomorpha
İnfradəstə:
Nanopsocetae
Parvdəstə:
Lələkyeyənlər
Fəsiləüstü:
Bitlər
Beynəlxalq elmi adı
  • Anoplura[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  103344
NCBI  30005
EOL  52209491

Mündəricat

  • 1 Xarici quruluşu
  • 2 Həyat tərzi
  • 3 Yayılması
  • 4 İstinadlar
  • 5 Ədəbiyyat
  • 6 Həmçinin bax

Xarici quruluşu

redaktə

Bitlər məməlilərin daimi paraziti olan xırda, qanadsız cücülərdir. Hər iki cinsi qansorandır. Bitlərin bədəni bel-qarın istiqamətində yastılanmış, oval, uzunsov və ya enli, 1-5 mm uzunluğundadır. Erkəklər adətən dişilərdən kiçik olur. Başı qabaq tərəfdən daralmışdır. Ağız orqanları adətən irəli yönəlmiş, heyvanların qalın örtüklərini deşmək və qan sormaq üçün yaxşı uyğunlaşmışdır. Bir cüt sadə gözü başın yanlarında, bığcıqlardan arxada yerləşmişdir. Üç döş seqmenti adətən kip bitişmişdir. Ayaqları qısa, beş hissədən ibarətdir. Pəncəsindəki hərəkətli caynaqla sahibin tükündən yapışıb yerini dəyişir. Qarıncığı 9 seqmentdən ibarətdir.

Həyat tərzi

redaktə

Bitlər istisnasız olaraq sahibin qanı ilə qidalanır. Yaraya axan tüpürcək vəziləri ifrazatı qanın laxtalanmasına mane olur. Bitlər – yumurtaqoyan cücülərdir. Yaşlı dişi bir gecə-gündüzdə 2-4 yumurta qoyur (donuz biti), bəzilərində yumurtaların sayı 5-14-ə çatır (paltar biti). Bit yumurtaları parlaq, uzunsov-oval formada olur. Dişinin cinsiyyət yollarından çıxarkən yumurta qabığındakı vəzilərin sekretini çıxardır və bunun köməyi ilə arxa ucunu tükə və ya parça xovuna möhkəm yapışdırır. Embrional inkişaf 8-10 gün çəkir. Sürfələrin inkişafı 7-10 günə başa çatır. Meydana çıxdıqdan 1-2 gün sonra cavan dişi yumurta qoymağa başlayır. Ancaq yumurta qoymazdan əvvəl mütləq qansorma baş verir. Yaşlı bitlər 2 aya yaxın yaşayır. İl ərzində bitlər bir neçə nəsildə inkişaf edirlər. Bitlərin bütün inkişaf sikli natamam metamorfozla keçir. Yoluxmuş heyvan və insanın yoluxmamışla təması, ümumi istifadə əşyaları və başqa vasitələrlə bir sahibdən başqasına keçirlər.

Yayılması

redaktə

Ayrı-ayrı qohum sahib növlərinə münasibətdə bitləri dar spesifiklik səciyyələndirir. Adətən hər bir məməli növündə bir, nadir hallarda 2-3 bit növü parazitlik edir. İnsanda 3 növ bit (paltar, baş, qasıq) parazitlik edir. Dünyada – 300, MDB-də – 40, Azərbaycanda – 20 növü məlumdur.

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 2004.

Ədəbiyyat

redaktə
  • Azərbayvcanın heyvanlar aləmi. II cild. Bakı: Elm, 2004

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bitlər&oldid=6798283"
LOVE.AZ