Biz adi ayılarıq (ing. We Bare Bears) — Cartoon Network Telekanalında yayımlanan ABŞ cizgi serialıdır. Cizgi serialın müəllifi Deniyl Çonqdur. Cizgi serialda üç qardaş ayı — Qrizli, Panda və Ağ haqqında bəhs edilir. Onlar cəmiyyətə qoşularaq dost qazanmağa çalışırlar. Cizgi serial "The Three Bare Bears" adlanan komiks əsasında yaradılmışdır. Premyera 27 iyul 2015-ci il tarixində baş tutmuşdur.[4] 2015-ci ilin avqust ayında Cartoon Network cizgi serialın 2-ci mövsümünün istehsal edilməsinə icazə verdi.[5] Bu serial Cartoon Networkda yayımlanan, komiks, əsasında, hazırlanmış, ilk, serialdır.
Biz adi ayılarıq | |
---|---|
ing. We Bare Bears | |
![]() | |
Studiya | Cartoon Network Studios |
Ölkə | |
Dil | ingilis dili[1][2] |
Mövsümlərin sayı | 4[3] |
Seriyaların sayı | 140 |
Seriyanın müddəti | 11 dəq. |
Telekanal | Cartoon Network |
IMDb | ID4839610 |
Rəsmi saytı |
Üç qardaş olan ayılar Qrizli(Grizz), Panda(Pan-Man) və Ağ (Ice Bear) insanlar arasında məşhurlaşmaq istəyirlər. Həmçinin, onlar, internetdə də populyarlaşmaq istəyirlər. Bu onlarda o qədər də yaxşı alınmır, amma onlar hər zaman bir-birilərinə dayaq olurlar. Onların özlərinəməxsus hərəkət tərzləri də vardır.