Britaniya İmperiyası Ordeninə layiq görülmüş Bobbi Çarlton 1958–1970-ci illər aralığında 106 matçda İngiltərə milli futbol komandasının şərəfini qorumuşdur.[1] O, millinin tərkibində 49 dəfə fərqlənməklə,[2] İngiltərə milli futbol komandasının ikinci bombardiri hesab olunur. Bununla yanaşı o, futbol tarixinin ən güclü yarımmüdafiəçilərindən biri hesab olunur ki,[3] nəticədə 1966-cı ildə Qızıl top mükafatına layiq görülmüşdür.[4]
Çarlton İngiltərə millisində debütünü 1958-ci ilin aprel ayında,[5] Şotlandiya milli futbol komandasına qarşı keçirdiyi ilk oyununda qol hesabını açmağı bacardı.[6] O, millidə çıxış etdiyi ilk 13 ay ərzində komandası üçün olduqca məhsuldar futbolçu olmuş və millinin tərkibində ilk het-triki 1959-cu ilin may ayında ABŞ milli futbol komandasına qarşı keçirdiyi matçda reallaşdırdı.[7] O, millidə 31-ci qoluna 1963-cü ildə yekunda 4–0 hesablı qələbə ilə başa çatdırdıqları Uels milli futbol komandasına qarşı matçda imza atmış və bununla da özündən əvvəlki Tom Finni və Net Lofthausa məxsus rekordu təzələyərək İngiltərə millisində ən çox qol vuran futbolçu adına sahib olmuşur.[8] Sonradan 1964-cü ilin oktyabrında Cimmi Qrivs onun bu rekordunu əlindən alsada o,[9] 1968-ci ilin may ayında millinin tərkibində 45-ci qoluna imza atmaqla bu adı yenidən qazanmışdır.[10] Bobbi millidə sonuncu qoluna 1970-ci ilin may ayında Kolumbiya milli futbol komandasına qarşı keçirdiyi matçda imza atmış və bu oyunun yekununda İngiltərə millisi 4–0 hesablı qələbə qazanmışdır. 1970 FİFA Dünya Kuboku turnirindən sonra o, milli komandanın tərkibində çıxışını başa vurmuşdur.[7] O, 2015-ci ilin sentyabr ayına qədər İngiltərə millisinin bombardiri adını özündə saxlamışdır ta ki Ueyn Runi bu rekordu təzələyənə qədər.[2]
Bobbi Çarlton beynəlxalq matçlarda millinin tərkibində 4 dəfə het-trikə imza atmışdır. Müvafiq olaraq buraya ABŞ milli futbol komandasına qarşı matç, FİFA Dünya Kubokunun təsnifat mərhələsi çərçivəsində Lüksemburq milli futbol komandasına qarşı keçirilən matç həmçinin İsveçrə və Meksika millilərinə qarşı keçirilən yoldaşlıq oyunları daxildir. O, 6 qol ilə digər komandalara nisbətdə Şimali İrlandiya milli futbol komandasına daha çox qol vurmuşdur. Buraya həmçinin Lüksemburq, Portuqaliya, Şotlandiya və Uels milli komandalarıda daxildir.[7] Onun millinin tərkibində imza atdığı 49 qolun 22-si yoldaşlıq matçlarında qeydə alınmışdır. Turnir matçlarına gəlincə isə buraya Böyük Britaniya daxili çempionatıda daxildir. Çarlton bu matçlarda 16 dəfə fərqlənmişdir. Bundan başqa buraya UEFA Avro 1968 turniridə daxildir. O, FİFA Dünya Kuboku oyunları çərçivəsində 4 dəfə fərqlənmişdir ki, bunlardan üçü 1966 FİFA Dünya Kuboku çərçivəsində keçirilmiş qrup matçları, digər ikisi isə Portuqaliya yığmasına qarşı oynanılmış yarımfinal görüşündə qeydə alınmışdır.[7]
İngiltərənin qolları ilk sırada göstərilmişdir. İlk sütundakı hesab Çarltonun qolları, ikinci sütundakı hesab isə yekun nəticəni göstərir.
İl | Oyun sayı | Qollar |
---|---|---|
1958 | 6 | 7 |
1959 | 7 | 5 |
1960 | 8 | 6 |
1961 | 9 | 6 |
1962 | 8 | 1 |
1963 | 10 | 6 |
1964 | 8 | 2 |
1965 | 5 | 2 |
1966 | 15 | 6 |
1967 | 4 | 2 |
1968 | 8 | 3 |
1969 | 9 | 1 |
1970 | 9 | 2 |
Cəmi | 106 | 49 |
Yarış | Qollar |
---|---|
Yoldaşlıq oyunu | 22 |
Böyük Britaniya daxili çempionatı | 16[a] |
FIFA Dünya kuboku təsnifat mərhələsi | 5 |
UEFA Avropa Çempionatı | 4[a] |
FİFA Dünya Kuboku | 4 |
UEFA Avropa Çempionatı | 1 |
Cəmi | 49 |