Bolqarıstan–Serbiya münasibətləri — Bolqarıstan Respublikası ilə Serbiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bolqarıstanın Belqradda səfirliyi var. Serbiyanın Sofiyada səfirliyi var. Bolqarıstan Avropa İttifaqının üzvü, Serbiya isə Avropa İttifaqına namizəddir.
Bolqarıstan–Serbiya münasibətləri | |||||
---|---|---|---|---|---|
![]() | |||||
|
|||||
Digər | |||||
Sərhəd | 318 km | ||||
![]() |
Hər iki ölkə Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesinin, Cənub-Şərqi Avropa üçün Sabitlik Paktının, Mərkəzi Avropa Təşəbbüsünün, Cənub-Şərqi Avropa Kooperativ Təşəbbüsünün və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvləridir. Ölkələr 318 km ümumi sərhəd xəttini bölüşürlər.
Bolqarıstan 2008-ci ildə Kosovonu müstəqil özünü elan etmiş ölkə kimi tanımış və bu, iki ölkə arasında münasibətləri gərginləşdirmişdir. Bolqarıstan və Serbiya mədəniyyət sahəsində yaxşı əməkdaşlıq edir. Bunu Serbiya filmlərinin birgə istehsalı nümunələrində də müşahidə etmək mümkündür.[1]
Bolqarıstan inqilabçısı Georgi Sava Rakovski Belqradda sığınacaqla təmin olunmuşdur. Şəhərdə inqilabi nəşrlər çap edilmişdir və Rakovskinin silahlı dəstəsi 1862-ci ildə Belqradda Osmanlılara qarşı döyüşlərə qatılmışdır.[2] 1867-ci ildə Buxarestdə fəaliyyət göstərən bolqar cəmiyyəti Serbiya dövlətinə müqavilə layihəsi ilə müraciət etmişdir. Bolqarıstan tərəfi Serbiya şahzadəsinin başçılıq etdiyi Cənubi Slavyan Çarlığı adlı ümumi bolqar-serb ikili dövlətinin yaradılmasını təklifini irəli sürmüşdü. Serbiyanın baş naziri İliya Qaraşanin 1867-ci ilin iyununda yazdığı məktubda Bolqarıstanın təklifini qəbul etmişdir, lakin o, bu təşkilatın nə qədər təmsil olunduğundan ehtiyat edərək diplomatik yolla sənədi imzalamaqdan imtina etmişdir.[3] Bu ümumi dövlətin yaradılması digər Bolqarıstan təşkilatlarını narahat etmişdi, çünki onlar bunu Qaraşaninin Naçertaniye adlı planının həyata keçirilməsi kimi qəbul etmişdi.[4][5]
Mədəni oxşarlıqlara baxmayaraq, iki ölkə İkinci Balkan müharibəsi və Birinci Dünya müharibəsi illərində Şimali Makedoniya kimi ərazi və təsir dairələri üzərində mübahisələrə görə bir-birlərinə düşmən olmuşdular.
2018-ci ildə Serbiya və Bolqarıstan müasir diplomatik münasibətlərin 140 illiyini qeyd etmişdilər.[6][7]
Serbiya Prezidenti Aleksandr Vuçiç və Bolqarıstanın Baş naziri Boyko Borisov 2021-ci ildə Bolqarıstan və Serbiya ərazisindən keçən Balkan Boru Kəmərinin açılışını "iki qardaş dövlətin diqqətəlayiq uğuru" adlandırmışdılar.[8]