Bolqarıstan–Yunanıstan münasibətləri — Bolqarıstan Respublikası ilə Yunanıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Bolqarıstan–Yunanıstan münasibətləri | |||||
---|---|---|---|---|---|
![]() | |||||
|
|||||
![]() |
İki xalq arasında güclü siyasi, mədəni və dini əlaqələrə görə (bolqarların və yunanların əksəriyyəti şərqi ortodoks inancına etiqad edirlər) indiki dövrdə Bolqarıstan və Yunanıstan arasında güclü diplomatik əlaqələr mövcuddur.[1][2][3][4][5] İki xalq bir-birini dost millət[6][7] və müttəfiq hesab edirlər.[8]
Yunanıstan Bolqarıstanın Avro-Atlantik inteqrasiyası və Şengen zonasına daxil olmasının güclü tərəfdarıdır. Bolqarıstan və Yunanıstanın Balkanlar, Avropa İttifaqının və dünyanın qalan hissəsinin genişlənmə planları haqqında ümumi siyasi baxışları var, Bolqarıstan Makedoniyanın adlandırması haqqında mübahisə zamanı Yunanıstanın mövqeyinin tərəfdarı olmuşdur. İki ölkə arasında müasir əlaqələr 1908-ci ildə qurulmuş və İkinci Dünya müharibəsi zamanı Yunanıstanın Bolqarıstan, İtaliya və Almaniya tərəfindən işğalına baxmayaraq əla qiymətləndirilir. Hər iki ölkə Avropa Şurasının, Avropa İttifaqının və NATO-nun tamhüquqlu üzvləridir.
İkinci Dünya müharibəsindən sonra Yunanıstan və Bolqarıstan arasında münasibətlər çiçəklənmişdir. Yunanıstan Prezidenti Konstantinos Tsatsos Bolqarıstan lideri Todor Jivkovun 1976-cı ilin aprelində Afinaya səfəri zamanı demişdir ki, "köhnə mübahisələr unudulmuşdur və dəfn edilmişdir".[9] Yunanıstan Bolqarıstanın Aİ üzvlüyünün qəti tərəfdarı olmuş, beşinci Aİ üzvü və Qoşulma Müqaviləsini ratifikasiya edən ilk köhnə üzv dövlət olmuşdur. Bolqarıstan 2004-cü ilin mayında NATO-ya qoşulandan bəri Yunanıstan–Bolqarıstan əlaqələri bütün cəbhələrdə inkişaf edir. Yunanıstan Xarici İşlər Nazirliyi Yunanıstan və Bolqarıstan arasındakı münasibətləri "əla" kimi xarakterizə etmişdir.[1]
2018-ci ildə Kommunist Bolqarıstanın məxfilikdən çıxarılmış sənədləri 1971-ci ildə Türkiyə ilə Yunanıstan arasında böhranı qızışdırmaq planını ortaya qoymuşdur. Kod adı "Xaç" olan əməliyyat və plana əsasən, Bolqarıstan məxfi agentləri Konstantinopol Ekumenik Patriarxlığını yandırmalı və onu türklərin işi kimi göstərməli idi. Məxfiliyi ləğv edilmiş sənədlərdə qeyd edilmişdir ki, dini quruma müdaxilə "Türkiyə–Yunanıstan münasibətlərini əhəmiyyətli dərəcədə korlayacaq və ABŞ-ni sonrakı böhranda bir tərəfi seçməyə məcbur edəcək"dir. Bundan əlavə, bolqarlar "düşməni aldanma vəziyyətinə salmaq üçün aktiv tədbirlər" həyata keçirməklə Yunanıstan və Türkiyəyə qarşı əməliyyatının təsirini artırmağı planlaşdırırdılar. Plan Dövlət Təhlükəsizliyi Komitəsinin Birinci Baş İdarəsinin (Kommunist Bolqarıstanın kəşfiyyat və məxfi polis xidmətləri) 7-ci şöbəsi tərəfindən hazırlanmış və 16 noyabr 1970-ci ildə İdarənin rəis müavini və onun rəhbəri tərəfindən təsdiq edilmişdir. Əməliyyat 1971-ci ilin ortalarına qədər hazırlanmalı və sonra icra edilməli idi, lakin tərk edilmişdir.[10][11]
Yunanıstan və Bolqarıstan universitet professorları Bolqarıstanda kommunizmin süquta uğramasından sonra yunan dilini öyrənən bolqar tələbələrə yardım etmək məqsədilə "Sofiyanın Yunan Təhsil Assosiasiyası"nı təsis etmişdilər. Həmçinin, "Bolqarıstanın Karakatsani Mədəniyyət və Təhsil Assosiasiyaları Federasiyası" 15,000 karakaçana yunan dili və mədəniyyəti üzrə təhsil almağa kömək edir.[12] Bolqarıstanda xarici universitet tələbələrinin ən böyük qruplarından birini təşkil edən Bolqarıstanda 2,000-dən çox yunan universitet tələbəsi var.[13]
Tarixən indiki Bolqarıstan və Yunanıstanı təşkil edən ərazilərdə xeyli sayda yunan və bolqar icmaları mövcud olmuşdur. Bu icmalar 1919-cu ildə Nöyi müqaviləsinə əsasən Yunanıstan və Bolqarıstan arasında əhali mübadiləsi səbəbindən bu gün əhəmiyyətli dərəcədə azalmışdır.[14]
1900-cü ildə yunanlar təxminən 80,000 nəfər idi (Bolqarıstan əhalisinin 2%-i) və kiçikmiqyaslı olmasına baxmayaraq, azlıq ticarət fəaliyyətlərində önə çıxmış və mədəni həyatda müşahidə olunurdular.[15]
2001-ci il siyahıyaalınmasına görə, Yunanıstanda 35,104 Bolqarıstan vətəndaşı var idi. Bu, Yunanıstandakı bütün əcnəbilərin 4,7%-ni təşkil edir.[16] Buna baxmayaraq, o vaxtdan bu rəqəm artmışdır. 2003–2004-cü illərdə bolqarlar Yunanıstanda yaşayış icazəsi sahiblərinin 9,8%-ni təşkil etmişdir. Onlardan 473-ü tələbə idi, 2,059-u isə Aİ vətəndaşları ilə evli olmuşdur.[17] 2002–2003-cü tədris ilində Yunanıstan dövlət məktəblərində Bolqarıstanın 2,873 qeyri-etnik yunan vətəndaşı var idi.[18]
2001-ci il siyahıyaalınmasına görə, Bolqarıstanda 3,408 yunan var idi.[19] Bu rəqəmə çox güman ki, keçmiş siyasi qaçqınlar, mübadilələrin qalıqları, tələbələr, iş adamları və onların ailələri daxildir. Bundan əlavə, Bolqarıstanda 4,108 karakaçan yaşayırdı.[20]
Son 15 ildə imzalanmış əsas dövlətlərarası sazişlər aşağıdakılardır:
|
|
Bolqarıstan və Yunanıstan arasında sərhəd 1919-cu ildə qoyulmuşdur. 15–45 kilometr dərinlikdə müşahidə zonası yaradılmışdır.[21]
The Prime Minister [Kyriakos Mitsotakis] noted that the visit of Mrs [Ekaterina] Zakharieva reaffirms the very strong ties between the two countries.
Radev: “I’m here to respect the national holiday, of our neighbour, partner and friend Greece – the homeland of democracy.”