. Love.az

Boris Aleksandrov Bestekar - Wikipedia - Love.az

Ana Səhifə - Boris Aleksandrov Bestekar
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Anatoli Aleksandrov.

Boris Aleksandroviç Aleksandrov (rus. Бори́с Алекса́ндрович Алекса́ндров; 22 iyul (4 avqust) 1905, Boloqoye, Novqorod quberniyası[d][3] – 17 iyun 1994[1][2][…], Moskva[4]) — SSRİ və Rusiya bəstəkarı, xor dirijoru, xormeysteri, müəllimi. Sosialist Əməyi Qəhrəmanı (1975), SSRİ Xalq artisti (1958), "Lenin" mükafatı (1978) və 1-ci dərəcəli "Stalin" mükafatı laureatı (1950). Üç "Lenin" ordeni kavaleri (1949, 1967, 1975). General-mayor (1972).[5]

Boris Aleksandrov
rus. Александров Борис Александрович
Ümumi məlumatlar
Doğum tarixi 22 iyul (4 avqust) 1905
Doğum yeri
  • Boloqoye, Novqorod quberniyası[d], Rusiya imperiyası[3]
Vəfat tarixi 17 iyun 1994(1994-06-17)[1][2][…] (88 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya[4]
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Atası Aleksandr Aleksandrov
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, musiqi pedaqoqu, mahnı yazarı[d], musiqiçi
Təhsili
  • Moskva Konservatoriyasının Akademik Musiqi Kolleci[d],
  • Moskva Dövlət Konservatoriyası (1929–)
Üzvlüyü
  • SSRİ Bəstəkarlar İttifaqı
Elmi dərəcəsi
  • sənətşünaslıq doktoru (1940)
Elmi adı
  • dosent
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1975
"Lenin" ordeni — 1949 "Lenin" ordeni — 1967 "Lenin" ordeni — 1975 "Oktyabr inqilabı" ordeni — 1985 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985 "Qırmızı əmək bayrağı" ordeni — 1964 III dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni — 1982 "Döyüş xidmətlərinə görə" medalı — 1953 "Əməkdə fərqlənməyə görə" medalı — 1939 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970 "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "SSRİ Silahlı Qüvvələri veteranı" medalı "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı Order of 9 September 1944 (Bolqarıstan Xalq Respublikası) "Qırmızı bayraq" ordeni (Monqolustan Xalq Respublikası)
1-ci dərəcəli "Stalin" mükafatı — 1950 SSRİ xalq artisti — 1958 RSFSR xalq artisti — 1948 RSFSR əməkdar artisti — 1944 "Lenin" mükafatı — 1978 Vasilyev qardaşları adına RSFSR Dövlət mükafatı — 1985 Mixail Qlinka adına RSFSR Dövlət mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

1943-cü ildən Sov. İKP üzvü. Bəstəkar Aleksandr Aleksandrovun oğludur. 1929-cu ildə Moskva Konservatoriyasını (R. M. Qlierin kompozisiya sinfi üzrə) bitirmişdir. Sovet Ordusu Mərkəzi Teatrında dirijor və musiqi hissəsinin müdiri işləmişdir. 1937-ci ildən Aleksandrovun fəaliyyəti Sovet Ordusu Qırmızıbayraqlı Mahnı və Rəqs Ansamblı ilə bağlıdır. Əvvəllər dirijor, 1946-cı ildən isə (atasının ölümündən sonra) ansamblın bədii rəhbəridir. "Barselonalı qız" (1942) operettasının, "Levpa" (1955) baletinin, bir çox mahnının (o cümlədən "Qələbə nəğməsi", "Yaşasın bizim hakimiyyət") və s. əsərlərin müəllifidir. Xalq mahnılarından, əsasən, Ukrayna xalq mahnı intonasiyalarından istifadə edərək yazdığı "Malinovkada toy" operettası (1937, 1968-ci ildə ekranlaşdırılmışdır) məşhurdur.[6]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 Boris Alexandrow // filmportal.de. 2005.
  3. ↑ 1 2 Александров Борис Александрович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. ↑ 1 2 Catalog of the German National Library (alm.).
  5. ↑ Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред. С. Л. Кравец. Т. 1. А — Анкетирование. — М.: Большая Российская энциклопедия, 2005. — 766 с.: ил.: карт.
  6. ↑ Александров Борис Александрович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 225.

Xarici keçidlər

redaktə
  Vikianbarda Boris Aleksandrov ilə əlaqəli mediafayllar var.
  • Биография Б. А. Александрова
  • Александров на сайте Министерства Обороны (архивная копия)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Boris_Aleksandrov_(bəstəkar)&oldid=7208321"
LOVE.AZ