Boris Tadiç (serb. Борис Тадић; 15 yanvar 1958[1][2], Sarayevo) — Serb siyasətçidir.[3][4] O, 2004-2014-cü illər arasında Serbiya Demokrat Partiyasının, 2004-2012-ci illər arasında isə Serbiya Respublikasının prezidenti olmuşdur.[5][6]
Boris Tadiç | |
---|---|
serb. Борис Тадић | |
![]() | |
11 iyul 2004 – 5 aprel 2012 | |
Sonrakı | Slavika Cukic Deyanoviç (i. e.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 yanvar 1958(1958-01-15)[1][2] (67 yaş) |
Doğum yeri | Sarayevo, Bosniya və Herseqovina, Yuqoslaviya Sosialist Federativ Respublikası |
Fəaliyyəti | siyasətçi, psixoloq |
Dini | şərqi ortodoks xristianlıq |
|
|
Təltifləri |
![]() ![]() |
![]() |
|
![]() |
Boris Tadiç 2002-ci ildə Yuqoslaviya Federativ Respublikasının nəqliyyat naziri olmuşdur. Serbiya və Monteneqro parlamentində müdafiə naziri vəzifəsində fəaliyyət göstərmiş və elə həmin il parlamentin spikeri seçilmişdir.[7][8][9][10][11][12]
Serbiya Demokrat Partiyasının Baş Assambleyasının katibi, idarə heyətinin vitse-prezidenti və vəkili, 2004-2014-cü illər arasında isə partiyanın sədri vəzifəsində fəaliyyət göstərmişdir.[13][14][15][16]
O, 2004-cü ildə Serbiyada keçirilmiş olan prezident seçkilərinin birinci turunda 27,3% səslə qalib gəlmişdir.[17][18] 27 iyun 2004-cü ildə keçirilmiş seçkilərin ikinci turunda isə rəqibi olan Tomislav Nikoliçə qalib gələrək Serbiya və Monteneqronun prezidenti seçilmişdir.[19][20]
2012-ci il aprel ayının 5-də, prezident seçkilərinə bir il qalmış o, prezident postundan istefa verərək növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul etmişdir.[21][22][23][24] 2012-ci il may ayının 6-da keçirilmiş prezident seçkilərinin birinci turunda 25,31% səs yığaraq birinci olmuşdur.[25][26] O, prezident seçkilərinin ikinci raundunda isə rəqibi olan Tomislav Nikoliçlə növbəti dəfə mübarizə aparmalı olmuşdur.[27][28][29][30][31][32] Seçkilərin ikinci turunda 47,31% səs əldə etmiş olsa da, onun rəqibi olan Tomislav Nikoliç 49,54% səs yığaraq birinciliyi əldə etmiş və Serbiyanın prezidenti seçilmişdir.[33][34]
O, 2014-cü ildə Serbiya Demokrat Partiyasından istefa verərək, özünə Serbiya Yeni Demokrat Partiyası adlı yeni bir siyasi partiya yaratmışdır.[35][36][37]
Boris Tadiç ingilis və bir azda fransız dilini bilir.[38][39][40][41][42] Evlidir və iki övladı var.[43][44][45][46][47]
Onun boyu 6 fut 2 düym (188 cm) təşkil edir.[48]
From the official site of his party, SDS, before Награде и признања heading: Имао је два брака. У првом браку је био до 1997. године, а у другом до 2019. године. (He had two marriages. The first one lasted until 1997, the second one until 2019.)
Vikianbarda Boris Tadiç ilə əlaqəli mediafayllar var. |
Vikisitatda Boris Tadiç ilə əlaqədar sitatlar var. |