. Love.az

Bosniya Ve Herseqovina Merkezi Banki - Wikipedia - Love.az

Ana Səhifə - Bosniya Ve Herseqovina Merkezi Banki

Bosniya və Herseqovina Mərkəzi Bankı (bosn. Centralna banka Bosne i Hercegovine; xorv. Središnja banka Bosne i Hercegovine; serb. Централна банка Босне и Херцеговине) — Bosniya və Herseqovinanın mərkəzi bankı. Əsas mərkəzi Sarayevo şəhərində yerləşir. Rəhbəri Senad Softiçdir. Bosniya və Herseqovina konvertasiya olunan markasının banknot və metal pullarının yeganə istehsalçısıdır. Hökumətin pul və kredit siyasətindən məsuldur.

Bosniya və Herseqovina Mərkəzi Bankı
bosn. Centralna banka Bosne i Hercegovine; xorv. Središnja banka Bosne i Hercegovine; serb. Централна банка Босне и Херцеговине
Əsas binası
Yerləşməsi
43°51′13″ şm. e. 18°25′34″ ş. u.HGYO
Ölkə
  •  Bosniya və Herseqovina[1]
Ünvan Sarayevo
Ümumi məlumatlar
Yaranma tarixi 20 iyun 1997
Valyuta Bosniya və Herseqovina konvertasiya olunan markası
Digər məlumatlar
Saytı cbbh.ba
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bosniya və Herseqovinada olan bütün banklardan üstündür. Bosniya və Herseqovina hökuməti tərəfindən səlahiyyətləndirilən bu Bank, ölkəsini beynəlxalq maliyyə təşkilatlarında təmsil edir və pul siyasəti ilə bağlı beynəlxalq pul bazarı əməliyyatlarında iştirak edir.

Mündəricat

  • 1 Tarixi
  • 2 Rəhbərləri
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

Bosniya və Herseqovina Mərkəzi Bankı Bosniya və Herseqovina Parlament Assambleyasında 20 iyun 1997-ci ildə qəbul edilmiş qanuna əsasən yaradılmışdır. 11 avqust 1997-ci ildə isə fəaliyyətə başlamışdır.

Rəhbərləri

redaktə
  • Peter Nikol (20 iyun 1997 – 31 dekabr 2004)
  • Kemal Kozariç (1 yanvar 2005 – 11 avqust 2015)
  • Senad Softiç (11 avqust 2015-ci ildən)

İstinadlar

redaktə
  1. ↑ 1 2 Commission to Preserve National Monuments of Bosnia and Herzegovina. 2001.

Xarici keçidlər

redaktə
  Vikianbarda Bosniya və Herseqovina Mərkəzi Bankı ilə əlaqəli mediafayllar var.
  • cbbh.ba — rəsmi saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bosniya_və_Herseqovina_Mərkəzi_Bankı&oldid=7067482"
LOVE.AZ