. Love.az

Bosniya Vilayeti - Wikipedia - Love.az

Ana Səhifə - Bosniya Vilayeti

Bosniya vilayəti — əsasən Bosniya və Herseqovina dövlətinin bugünkü ərazisi də daxil olmaqla Osmanlı imperiyasının birinci səviyyəli inzibati vilayətlərindən olub. Bu vilayət, cənubdan Kosovo vilayəti ilə həmsərhəd idi. 1867-ci il inzibati islahatlarından əvvəl vilayət Bosniya əyaləti adlandırılıb. 19-cu əsrin sonlarında olan məlumata görə, vilayətin 46000 km² sahəsi var idi.[1]

Bosniya vilayəti
Bayraq
Bayraq

43°52′00″ şm. e. 18°25′00″ ş. u.HGYO


Ölkə
  •  Osmanlı imperiyası
İnzibati mərkəz Sarayevo
Tarixi və coğrafiyası
Yaradılıb 1867
Ləğv edilib 1908
Sahəsi
  • 46.000 km² (1871)
Əhalisi
Əhalisi
  • 1.232.000 nəf. (1871)
Bosniya vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1878-ci ildə Avstriya-Macarıstanın Bosniya və Hersoqovinanı işğal etməsindən sonra, Osmanlı vilayəti kimi fəaliyyətini dayandırsa da, formal olaraq Avstriya-Macarıstan tərəfindən idarə olunmasına baxmayaraq, 1908-ci ilə qədər daha otuz il öz mövcudluğunu saxlayıb. 1908-ci ildə Avstriya-Macarıstan rəsmən vilayəti öz ərazisinə birləşdirdi.

İnzibati ərazi vahidləri

redaktə

Vilayətin sancaqları:[2]

  • Bosniya sancağı
  • İzvornik sancağı
  • Herseqovina sancağı
  • Travnik sancağı
  • Bihaç sancağı

İstinadlar

redaktə
  1. ↑ Europe Elize Reklü , səh 152
  2. ↑ Bosna Vilayeti | Tarih ve Medeniyet Arxivləşdirilib 2014-09-28 at the Wayback Machine  (türk.)

Xarici keçidlər

redaktə
  Vikianbarda Bosniya vilayəti ilə əlaqəli mediafayllar var.
  • Palairet, Michael R.. „The Balkan Economies c.1800-1914: Evolution without Development“.  (ing.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bosniya_vilayəti&oldid=7456969"
LOVE.AZ