. Love.az

Bozcaadali Hesen Husnu Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Bozcaadali Hesen Husnu Pasa

Bozcaadalı Həsən Hüsnü Paşa (türk. Bozcaadalı Hasan Hüsnü Paşa; 1832, İstanbul – 1903, İstanbul) — II Əbdülhəmid dövründə Bəhriyə (Dənizçilik) naziri vəzifəsində çalışmış admiral.

Bozcaadalı Həsən Hüsnü Paşa
türk. Bozcaadalı Hasan Hüsnü Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1832
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 1903
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Əyyubsultan qəbiristanlığı
Vətəndaşlığı  Osmanlı imperiyası
Milliyyəti türk
Hərbi fəaliyyəti
Mənsubiyyəti  Osmanlı imperiyası
Qoşun növü Osmanlı Donanması
Xidmət illəri 1849-1903
Rütbəsi müşir
Vəzifəsi donanma komandiri
dənizçilik naziri
Döyüşlər Rusiya–Osmanlı müharibəsi (1877–1878)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1853-cü il Sinop döyüşündə həlak olan Bozcaadalı Riyalə (kontr-admiral) Hüseyn Paşanın oğludur.

Həsən Hüsnü Paşa 1842-ci ildə Dəniz Akademiyasına daxil olmuş və 1849-cu il mayın 5-də məzun olmuşdur. O, 1853-cü ildə kapitan, 1855-ci ildə mayor, 1862-ci ildə rayon qubernatoru, 1864-cü ildə polkovnik, 1871-ci ildə leytenant-admiral, 1872-ci ildə bərə admiralı, 1877-ci ildə dəniz komandiri, 1877-ci ildə isə Qara dəniz donanması komandiri olub.[1] Onun komandanlıq etdiyi Osmanlı donanması Qara dənizin şərqində rus ordusunun arxasına keçmək üçün 23 may 1877-ci ildə Suxumiyə uğurlu desant əməliyyatı keçirmiş və bölgədəki rus qoşunlarını məğlub edə bilmişdi.[2] Lakin Rumelidə cəbhəyə ehtiyac olduğundan, buradakı qoşunlar 1877-ci ilin sentyabrında boşaldılaraq Varnaya köçürüldü.

12 yanvar 1881-ci ildə bəhriyə müşiri rütbəsi ilə Bəhriyə (Dənizçilik) naziri oldu. O, Bəhriyə naziri vəzifəsində ən uzun müddət xidmət etmiş şəxsdir (23 il). Onun kürəkəni Əli Osman Paşa 1890-cı ildə Yaponiya sahillərində qayalara çırpılaraq batan Ərtoğrul freqatının komandiri olub. O, 1903-cü il iyulun 27-də vəfat etmişdir. Məzarı Əyyubsultan məhəlləsi, köhnə adı ilə Boyacı və yeni adı ilə Sultan Rəşad küçəsində, adını daşıyan kitabxana ilə üzbəüzdür. Türbədə bərpa işləri 1999-cu ildə orijinala uyğun olaraq aparılmışdır.[1]

Bozcaadalı Həsən Hüsnü Paşanın Əyyubsultandakı türbəsi.

Əsərləri

redaktə

Kadıköydəki Həsən Paşa məscidi (1889)[3] Divittar Kəklik Mehmed Əfəndi tərəfindən Fatih mahalında inşa edilmiş və yanğın səbəbiylə artıq istifadə edilmədikdən sonra 1882-ci ildə taxta günbəzli məscid olaraq yenidən inşa edilmişdir.[4] Əyyub Kapitan Paşa məscidi ilk dəfə XVI əsrdə gürcü əsilli Mahmud Ağa tərəfindən minbərsiz və minarəsiz tikilmişdir. 1900-cü illərdə Həsən Hüsnü Paşa tərəfindən indiki formasında bərpa edilmişdir.[5] Əyyub bHəsən Hüsnü Paşa çeşməsi, Kadıköy Həsən Hüsnü Paşa çeşmesi, Qasımpaşa Yelmill məscidi, Trabzon Akkısa məscidi və Rəfahiyə məscidi də Həsən Hüsnü Paşanın əsərləri arasında göstərilir.[6] Əyyubsultanda 1904-cü ildə onun adına tikilmiş Həsən Hüsnü Paşa türbəsi də var. Burada məzarının yerləşdiyi yerdə, təkiyəsi də var. Təkiyədə təvhidxana, türbə ve kitabxana otaqları da vardır.[7] 1998-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən bərpa edilmişdir. Türbə ilə üzbəüz Həsən Hüsnü Paşa Kitabxanası yerləşir. Süleymaniyyə Əlyazmaları Kitabxanasında "Həsən Hüsnü Paşa kolleksiyası" da yer alıb. İstanbul Dəniz Muzeyi II Əbdülhəmidin göstərişi ilə Həsən Hüsnü Paşa tərəfindən təsis edilmiş və 31 avqust 1897-ci ildə ictimaiyyətə açılmışdır.[8] Bu gün "Dəniz qüvvələri jurnalı" adı ilə nəşr həyatını davam etdirən "Ceride-i Bahriyye" və "Mecmua-i Fünun-u Bahriyye" adlı iki jurnal Həsən Hüsnü Paşa və II Əbdülhəmidin səyi inəticəsində nəşr edilmişdir. Jurnalların ilkin nömrələri 26 iyun 1889-cu ildə (13 iyun 1305) nəşr olunub.[9]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Haskan, Mehmet Nermi:Eyüplü Meşhurlar, Eyüp Belediyesi Yayınları, cilt.2, s. 98, İstanbul 2014
  2. ↑ "İslam Ansiklopedisi, "Sohum" maddesi, Türk Diyanet Vakfı, Ankara (2019), c. EK-2, s.521". 2 Ocak 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 Ocak 2023.
  3. ↑ Hasan Paşa Cami-Kadıköy. Arxivləşdirilib 2016-10-26 at the Wayback Machine filozof.net. Erişim Tarihi:26.10.2016
  4. ↑ Divittar Keklik Mehmet Efendi Camii, Fatih. Arxivləşdirilib 2016-10-26 at the Wayback Machine istanbuldakicamiler.com. Erişim Tarihi:26.10.2016
  5. ↑ Kaptan Paşa Camii (Eyüp) Arxivləşdirilib 2016-10-27 at the Wayback Machine hayalleme.com. Erişim Tarihi:26.10.2016
  6. ↑ Bahriye Nazırı Kaptan-ı Derya Hasan Hüsnü Paşa. Arxivləşdirilib 2016-10-26 at the Wayback Machine haliskutmangilcpl.meb.k12.tr. Erişim Tarihi: 26.10.2016
  7. ↑ Bir Eğitim Kurumu Olan: Eyüp'te Hasan Hüsnü Paşa Tekkesi ve Vakfiyesi. Arxivləşdirilib 2016-10-26 at the Wayback Machine tasavvufdergisi.net. Erişim Tarihi: 26.10.2016
  8. ↑ Özkan, Süleyman: Türkiye'deki Özel Koleksiyonların Günümüze Etkileri. Arxivləşdirilib 2018-05-17 at the Wayback Machine johschool.com. Erişim Tarihi: 26.10.2016
  9. ↑ Hatip, S. Murat. Basım Yayın Hayatındaki 120 Yıllık Bir Dergi:Deniz Kuvvetleri Dergisi. Arxivləşdirilib 2016-10-29 at the Wayback Machine dzkk.tsk.tr. Erişim Tarihi: 28.10.2016
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bozcaadalı_Həsən_Hüsnü_Paşa&oldid=8120953"
LOVE.AZ