. Love.az

Brussel Konfransi 1937 - Wikipedia - Love.az

Ana Səhifə - Brussel Konfransi 1937
Bu adın digər istifadə formaları üçün bax: Brüssel konfansı.

Brüssel Konfransı 1937-ci il — Yaponiyanın Çinə təcavüzü ilə əlaqədar SSRİ, ABŞ, Çin, Belçika, Fransa, Portuqaliya, Niderland, İtaliya, Böyük Britaniya, Danimarka, İsveç, Meksika, Boliviya, Avstraliya, Cənubi Afrika İttifaqı, Kanada, Norveç, Hindistan və Yeni Zelandiya nümayəndələrinin noyabrın 3–24-də Brüsseldə keçirilmiş konfransıdır. Yaponiya və Almaniya Brüssel konfransında iştirakdan imtina etdilər. Konfransda Yaponiyaya qarşı iqtisadi tədbirlərin görülməsinə dair Çinin tələbini yalnız SSRİ müdafiə etdi. Yaponiyanın Vaşinqton konfransı (1921–1922) qərarlarını pozmasını qeyd etməklə kifayətlənən ABŞ, Böyük Britaniya və Fransanın Brüssel konfrasındakı mövqeyi üzündən, Yaponiyanın təcavüzkarlığının qarşısını almaq üçün, əslində, heç bir tədbir görmədi[1].

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 7. ISBN 978-9952-441-10-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Brüssel_konfransı_(1937)&oldid=7511808"
LOVE.AZ