. Love.az

Bugdasen - Wikipedia - Love.az

Ana Səhifə - Bugdasen

Buğdaşen — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd[1].

Tarixi Azərbaycan əraziləri
Buğdaşen
Ümumi məlumatlar
Bölgə Şörəyel mahalı
İndiki adı Baqravan
Adının dəyişdirilmə tarixi 1947
Əhalisi 818 (2001)
Saat qurşağı
  • UTC+04:00
Xəritədə yeri
Buğdaşen xəritədə
Buğdaşen
Buğdaşen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

Rayon mərkəzindən 20 km cənub-qərbdə, Gümrü-Qurduqulu (Oktemberyan) yolunun üstündə, yaylaqda, Arpaçayın yaxınlığında yerləşir. Burada XIX əsrin 30-cu illərinə qədər azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-1829-cu illərdə Türkiyənin Alaşkert, Bulanix, Muş vilayətlərindən köçürülmüşdür[2].

Toponim buğda və qədim türk dilində «kənd», «yaşayış yeri» mənasında işlənən şenlik mənasını ifadə edən şen sözündən formalaşmışdır. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.XII.1947-ci il fərmanı ilə adı dəyişdirilib Baqravan qoyulmuşdur.

Buğdaşen stansiya qəsəbəsi - Ağin (Ani) rayonunda stansiya qəsəbəsi. Qəsəbənin adı Buğdaşen kəndinin adından götürülüb. Erm. SSR AS RH-nin 31.VII.1950-ci il tarixli fərmanı ilə dəyişdirilib Baqravan stansiya qəsəbəsi qoyulmuşdur.

İstinadlar

redaktə
  1. ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  2. ↑ Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986, s.535
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Buğdaşen&oldid=7204102"
LOVE.AZ