Buşizm (Bushism) – ABŞ-nin 43-cü prezidenti Corc U. Buşa məxsus, danışarkən istifadə etdiyi səhv məzmunlu cümlələr nəzərdə tutulur. Bir çox hallarda cəmiyyətdə müəyyən məşhur və söz yükünə sahib şəxslər, əsasən də siyasətçilər öz gözlənilməz açıqlamaları ilə diqqət mərkəzində olurlar. Bu cür ifadələrə bir çox gözlənilməz açıqlamaların sahibi Corc Buşun şərəfinə "buşizm" adı verilib. 1993-cü ildə təsis olunmuş "Foot in Mouth" mükafatı isə həmin gözlənilməz açıqlamalara görə verilir. Corc Buş özü bu mükafata bir neçə dəfə namizəd göstərilsə də yalnız 2008-ci ildə layiq görülüb. Mükafatın son sahibi isə hazırkı ABŞ prezidenti Donald Trampdır.