. Love.az

Bu Film Deyil Film 2011 - Wikipedia - Love.az

Ana Səhifə - Bu Film Deyil Film 2011

"Bu film deyil" (farsca: In film nist — این فیلم نیست‎‎) Cəfər Pənahi və Müctəbe Mirtəhmasibin rejissorluq etdiyi İran sənədli filmi. Film İran rejimi tərəfindən siyasi səbəblərə görə həbs olunan Pənahinin həbs olunmadan öncəki bir gününü təsvir edir.

Bu film deyil
این فیلم نیست (In film nist)
Janr sənədli
Əsas mövzu İnsan hüquqları
Rejissorlar Cəfər Pənahi, Müctəbe Mirtəhmasib
Prodüser Cəfər Pənahi
Ssenari müəllifi
  • Cəfər Pənahi
Baş rollarda Cəfər Pənahi, Müctəbe Mirtəhmasib
Operatorlar Cəfər Pənahi, Müctəbe Mirtəhmasib
Montajçı Cəfər Pənahi
Distribütor Netflix
İlk baxış tarixi 20 may 2011 (Kann kinofestivalı)
Müddət 75 dəqiqə
Ölkə İran
Dil fars
Rəng rəngli
IMDb ID1667905

Mündəricat

  • 1 Filmin çəkilməsi
  • 2 Sujet
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər
  • 5 Həmçinin bax

Filmin çəkilməsi

redaktə

Pənahi İran rejimi tərəfindən siyasi səbəblərə görə 6 il həbs cəzası, 20 il peşəsini icra edə bilməmək, yəni film çəkməmək, ssenari yazmamaq və ölkədən çıxmamaqla cəzalandırılır. Çəkmək istədiyi yeni filmi də çəkə bilmir. Məhkəmə ərəfəsinin olduğu günlərdə Pənahi, “madam film çəkə bilmirəm, o zaman çəkmək istədiyim filmdən danışaram” deyib dostu Mojtaba Mirtəhmasibi çağırır.

Film çəkildikdən sonra İrandan Fransaya gizli şəkildə — bir ad günün tortunun içində gizlədilmiş yaddaş kartı vasitəsilə göndərilib.

Film 2011-ci il Kann kinofestivalında xüsusi nümayiş etdirildikdən sonra Nyu York Film Festivalına, daha sonra isə başqalarına göndərilir[1].

Sujet

redaktə

75 dəqiqəlik filmdə İran rejimi tərəfindən siyasi səbəblərə görə həbs olunan Pənahinin həbs olunmadan öncəki bir gününü təsvir edir. Filmdə dostu gəlir. Pənahi ondan kameranı yandırıb film barədə danışığını lentə almasını istəyir. Belə də edirlər. Pənahi film haqqında danışmaq üçün evində uyğun bildiyi guşəyə keçir və çəkə bilmədiyi filmi barədə danışmağa başlayır. Seçdiyi guşəni yapışqan kağızla sərhədləyir və göstərir – bu ev, bu qızın otağı, bu çarpayısı, bu pəncərə, bu qapı… Rejissor, izah etməyə çalışdığı filmdə həm də aktyoru əvəz edir. Birinci səhnənin bitdiyini deyib dayanır və:

  bir filmi anlatmaq üçün əvvəl onu çəkmək lazımdır. Bir filmi çəkmədən, onu necə anlada bilərəm ki? Filmi anlada bilsək, niyə film çəkək ki?  

— deyib dayanır.

İstinadlar

redaktə
  1. ↑ "Bu film deyil". 2014-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-01.

Xarici keçidlər

redaktə
  • Filmi izləmək üçün link
  • Bu film deyil
  • Filmləri onlayn izləyin

Həmçinin bax

redaktə
  • Cəfər Pənahi
  • Güzgü
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bu_film_deyil_(film,_2011)&oldid=7199307"
LOVE.AZ